Bakı,
Azərbaycan
02/09/2026
-
16/09/2026
İş haqqında məlumat
İş şəraiti
- 6 günlük iş qarfiki
- İş saatları: Həftə içi-09:30-17:30
- 6-cı gün - 10:00-15:00
- Ünvan: Bakı, Nizami rayonu ,Babək prospekti 2360
Vəzifə öhdəlikləri
- Şirkətin məhsul və avadanlıqlarının satışı və icarəsi üzrə müştərilərlə işin aparılması;
- Mövcud və potensial müştərilərlə əlaqələrin qurulması, onların ehtiyaclarının müəyyən edilməsi və uyğun satış/icarə həllərinin təklif olunması;
- Müştərilərdən daxil olan satış və icarə sorğularının operativ şəkildə cavablandırılması;
- Satış və icarə üzrə kommersiya təkliflərinin hazırlanması və müştərilərə təqdim edilməsi;
- Qiymət, ödəniş şərtləri, icarə müddəti və digər kommersiya şərtlərinin müştərilərlə razılaşdırılması;
- Satış və icarə müqavilələrinin hazırlanması, rəsmiləşdirilməsi və icrasına nəzarət edilməsi;
- İcarəyə verilən avadanlıqların təhvil-təslim prosesinin koordinasiya edilməsi və müvafiq sənədlərin hazırlanması;
- İcarə müddətlərinin, müqavilələrin bitmə tarixlərinin və avadanlıqların geri qaytarılmasının izlənilməsi;
- İcarədən geri qaytarılan avadanlıqların texniki vəziyyətinin yoxlanılması üçün servis şöbəsi ilə koordinasiyanın aparılması;
- Satış və icarə sifarişlərinin sistemdə qeydiyyatının aparılması və məlumatların mütəmadi yenilənməsi;
- Satış və icarə əməliyyatlarının Mikro sistemində qeydiyyatının aparılması;
- Müştərilərin ödənişlərinin və debitor borclarının mühasibatlıq şöbəsi ilə birlikdə izlənilməsi;
- Satış və icarə üzrə aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Satış planlarının yerinə yetirilməsi və müəyyən edilmiş hədəflərə çatmaq istiqamətində aktiv fəaliyyət göstərilməsi;
- Bazarın, müştəri tələbatının və rəqiblərin təkliflərinin izlənilməsi;
- Satış, icarə, servis, ehtiyat hissələri, logistika və mühasibatlıq şöbələri arasında iş prosesinin koordinasiya edilməsi;
- Müştəri məmnuniyyətinin təmin edilməsi və uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması.
Tələblər
- Bəy namizədlər
- Ali təhsil;
- Yaş həddi: 23–40 yaş;
- Satış, korporativ satış, avadanlıq icarəsi, B2B satış və ya oxşar sahədə minimum 1 il iş təcrübəsi;
- Sürücülük vəsiqəsinin olması və aktiv sürücülük bacarığı;
- Aktiv satış və müştəri cəlb etmə bacarığı;
- Müştərilərlə danışıqlar aparmaq və təqdimat etmək bacarığı;
- Kommersiya təklifləri və müqavilələrlə işləmək bacarığı;
- Satış və icarə proseslərinin idarə olunması və izlənilməsi bacarığı;
- MS Office proqramları, xüsusilə Excel üzrə yaxşı biliklər;
- Mikro sistemində işləmək bacarığı üstünlükdür;
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı, rus və ingilis dili biliyi üstünlükdür;
- Məsuliyyətli, nəticəyönümlü, təşəbbüskar və ünsiyyətcil olmaq;
- Planlama, hesabatlılıq və məlumatları sistemləşdirmək bacarığı;
- Komandada işləmək və müxtəlif şöbələrlə effektiv koordinasiya qurmaq bacarığı.
Təklif olunur
- Əmək haqqı müsahibə əsasında müəyyən olunacaq ;
- Peşəkar və karyera inkişafı imkanları;
- Nahar şirkət tərəfindən təmin olunur.