Bakı,
Azərbaycan
17/08/2026
-
31/08/2026
İş haqqında məlumat
Dünyanın tanınmış səyahət pərakəndə satış brendlərindən biri olan WHSmith-in Bakıdakı ilk mağazası Heydər Əliyev adına Beynəlxalq Hava Limanında açılır.
Yeni mağazamız üçün məsuliyyətli, enerjili və müştəri xidmətinə önəm verən əməkdaşlar axtarırıq.
Vəzifə öhdəlikləri:
- Müştəriləri qarşılamaq və məhsullar haqqında məlumat vermək
- Müştərilərə məhsul seçimində kömək etmək
- Satış və kassa əməliyyatlarını düzgün həyata keçirmək
- Nağd və nağdsız ödənişləri qəbul etmək
- Məhsulları rəflərə yerləşdirmək və qiymət etiketlərini yoxlamaq
- Məhsulların istifadə müddətinə və mağazadakı qalığına nəzarət etmək
- Mağazada səliqə və təmizliyin qorunmasında iştirak etmək
- Şirkətin müştəri xidməti və satış standartlarına riayət etmək
- Növbə sonunda kassanı təhvil vermək və müvafiq hesabatları təqdim etmək
Biz nə təklif edirik?
- Beynəlxalq brenddə iş imkanı
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
- Stabil əməkhaqqı
- Növbəli iş qrafiki
- Peşəkar təlim və inkişaf imkanları
- Karyera yüksəlişi perspektivi
- Dinamik və beynəlxalq iş mühiti
İş yeri: Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, WH Smith Baku mağazası
Əməkhaqqı: Vəzifə və təcrübəyə uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək.
Tələblər
- Minimum orta təhsil
- Satış və ya xidmət sahəsində iş təcrübəsi üstünlükdür
- Azərbaycan dilində sərbəst danışıq bacarığı
- İngilis və rus dili biliyi üstünlükdür
- Kassa və POS proqramları ilə işləmək bacarığı üstünlükdür
- Müştəriyönümlülük və yüksək ünsiyyət bacarığı
- Dürüstlük, diqqətlilik və məsuliyyətlilik
- Komandada işləmək bacarığı
- Növbəli iş rejimində, gecə növbəsində və bayram günlərində işləməyə hazır olmaq
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun