Bakı,
Azərbaycan
30/09/2026
-
14/10/2026
İş haqqında məlumat
Şöbə: Kommersiya
İş vaxtı: Tam iş vaxtı
Vəzifələr:
- Mağazaya daxil olan müştəriləri qarşılamaq, onların ehtiyaclarını müəyyən etmək və tikinti/təmir materiallarının seçilməsində peşəkar məsləhət vermək.
- Müştəriyə materialların keyfiyyəti, tərkibi, tətbiq qaydaları, sərfiyyatı (məsələn, 1 kv.m-ə nə qədər boya və ya kafel yapışdırıcısı gedir) və istehsalçı ölkəsi barədə dəqiq məlumat vermək.
- Müəyyən olunmuş fərdi aylıq satış planını yerinə yetirmək. Mağazaya daxil olan ziyarətçilərin alıcıya çevrilməsi (Conversion Rate) göstəricisini artırmaq, müştərilər üçün tikinti smetalarını hesablamaq.
- Əsas alınan məhsulun yanında tamamlayıcı materialları (məsələn: sement ilə birlikdə qum, plastikləşdirici, alət, bərkitmə vasitələri) təklif edərək orta çeki və çəkdəki SKU sayını böyütmək.
- Malları vitrinlərə və rəflərə səliqəli, estetika, daxili standartlara və planoqramaya uyğun şəkildə düzmək.
- Rəflərdəki bütün malların üzərində qiymət kağızlarının (qiymət etiketlərinin / price tags) düzgün, görünən və 100% aktual olmasına nəzarət etmək.
- Mağazaya yeni gələn tikinti materiallarının qəbulunda, sayılmasında və rəflərə yerləşdirilməsində iştirak etmək (fəhləyə və administratora köməklik göstərmək).
- Malın son istifadə tarixinə (məsələn: sement, quru qarışıqlar, mastika və boyalar üçün FEFO prinsipi üzrə) nəzarət etmək.
- Azalan və ya bitən məhsullar barədə mağaza rəhbərliyinə (və ya təchizat bölməsinə) vaxtında məlumat vermək.
- Satış zalının, rəflərin və malların üzərinin daima təmiz (tozsuz) və nizamlı qalmasını təmin etmək.
Tələblər
- Orta-ixtisas və ya ali təhsi
- Tikinti materialları və ya pərakəndə satış sahəsində minimum 1 il təcrübə
- Kompüter üzrə minimum bilik. Hesabatların hazırlanması üçün Word, Excel proqramları.
- 1C satış proqramı ilə işləmək bacarığı
- Ünsiyyət bacarığı, nəzakətlilik, müşahidəçilik kimi bacarıq və keyfiyyətlərə malik olmaq,