Bakı,
Azərbaycan
01/05/2026
-
15/05/2026
İş haqqında məlumat
- Təchizatçılar ilə əlaqələrin qurulması;
- Satınalma sənədlərinin hazırlama bacarığı;
- Satınalma müqavilələri haqqında məlumatlı olmalı;
- Xarici logistikanı bilməli;
- Xarici bazar araşdırmasını bilməli, xarici bazar qiymətlərinin müqayisəli təhlilini bacarmalı;
- Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması və müqayisə edilməsi;
- Ölkə xaricindən satınalınan malların sifarişlərinin yerləşdirilməsi, yüklənməsi və ölkəyə çatdırılması;
- Tərtib olunmuş müqavilələri yoxlamaq, müvafiq qaydalara uyğun olaraq satınalma əməliyyatlarını həyata keçirmək, sənədləşmə prosedurlarını, sertifikatların alınması, mədaxillərin və ödəmə planlarının hazırlanmasını nəzarətdə saxlamaq;
- Gömrük sənədləşməsinin və bəyannamələrin hazırlanması;
- Satınalma müqavilələrini hazırlamaq, aidiyyəti strukturlarla müzakirələr apararaq yekun təsdiq olunmuş forma əsasında tədarükçülərlə müqavilə bağlamaq;
- Sifarişin qiymətini, təslimat müddətini, çatdırılma şərtlərini aldıqdan sonra qiymət araşdırması nəticəsində sifariş məlumatlarını hazırlamaq və rəhbərinə təqdim etmək;
- Razılaşdırılmış sifarişi müvafiq strukturlara və tədarükçüyə göndərmək;
- Sifariş verilən malın spesifikasiyasına uyğun olaraq fakturanın göndərilməsini tələb etmək, göndərilmiş fakturanı yoxlamaq, alt sənədlərlə birlikdə təsdiq üçün rəhbərinə təqdim etmək, təsdiq aldıqdan sonra ödəmə olunması üçün mühasibatlığa yönləndirmək;
- Ödəniş olunduqdan sonra ödəmə barəsində məlumatı tədarükçüyə göndərmək və yükləmə barədə bütün məlumatları almaq, sifarişlərin müqavilə şərtlərinə uyğun göndərilməsini nəzarətdə saxlamaq;
- Göndərməni gecikdirən tədarükçülərdən gecikmənin səbəblərini öyrənmək, rəhbərinə məlumat vermək və müvafiq göstərişə əsasən addımlar atmaq;
İş şəraiti
- İş cədvəli: Həftənin 5 gün 09.00-dan 17.00-dək;
- İstirahər günü – Şənbə-Bazar
- Əməh haqqı – Müsahibə əsasında
Tələblər
- Xarici satınalma və təchizat sahəsində azı 3 il peşəkar iş təcrübəsi
- İngilis və rus dilində yazı və danışıq bacarığı mütləqdir.
- İşgüzar etik qaydalar, punktuallıq və vaxtdan düzgün istifadə bacarığı.
- MS Office proqram biliklərin olması vacibdir.
- Danışıqların aparılması bacarığı
- Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları
- Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.