Real Beauty

Satınalma və logistika üzrə menecer

Real Beauty
1200 ₼
1222
Tam iş günü
Bakı, Azərbaycan
21.08.2025 12:09 - 21.09.2025 12:00

İş haqqında məlumat

  • Satınalma və ya təchizat sifarişlərinin qəbulu. Alınması zəruri olan məhsulların vaxtında təmin olunmasının təşkili (nəzarətdə saxlanılması);
  • Mağazalardan gələn sifariş tələblərinin anbar qalığı və satış statistikası ilə müqayisə edilməsi;
  • Təkliflərin düzgün analiz olunması və müqayisəsinin təşkili;
  • Təchizatçı bazasının yaradılması və təchizatçıların qiymətləndirilməsi;
  • Yerli və xarici bazar araşdırmalarının aparılması, yeni tədarükçülərin tapılması, şirkət üçün ən sərfəli şərtlərlə müqavilələrin bağlanması, həmçinin digər sənədləşmə işlərinin görülməsi;
  • Təchizatçılarla daim çevik əlaqələndirmənin təmini (görüşlərin keçirilməsi, telefon danışıqları, email yazışmaları), həmçinin zərurət olduğu təqdirdə əvvəllər bağlanmış müqavilələrin yenilənməsi;
  • Bazar tendensiyalarının və rəqib strategiyalarının izlənilməsi;
  • Müvafiq hesabatların vaxtı-vaxtında rəhbərliyə təqdim edilməsi.

Tələblər

  • Ali  təhsilli;
  • Sahəsi üzrə ən azı 2 il əmək stajına malik olmalı;
  • Azərbaycan və ingilis dillərini mükəmməl bilməli, rus dili arzuolunandır;
  • Ünsiyyət qurmaq və kollektivdə işləmək bacarığı olmalıdır;
  • İşgüzar yazışma əsaslarını bilməlidir;
  • Analitik düşüncə qabilyyətinə malik olmalıdır;
  • Sahəsi üzrə sənədləri tərtib etmə bacarığı olmalı
  • Sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri bilməlidir; 
  • MS Office proqramlarını mükəmməl bilməlidir.


Oxşar vakansiyalar