AzProduct

Satınalma və Planlama üzrə mütəxəssis

AzProduct
Ə/h razılaşma ilə
17600
Tam iş günü
Bakı, Azərbaycan
26.09.2025 00:00 - 26.10.2025 00:00

İş haqqında məlumat

Şirkət balıq emalı və qablaşdırma sahəsində fəaliyyət göstərən, keyfiyyət və etibarlılıq prinsiplərini əsas tutan bir müəssisədir. İstehsal və satış həcminin artması ilə əlaqədar, Satınalma və Planlama üzrə Mütəxəssis vəzifəsinə peşəkar və məsuliyyətli əməkdaş axtarırıq.

Satınalma sahəsində:

  • Təchizat bazarının araşdırılması, yeni təchizatçıların müəyyənləşdirilməsi və qiymətləndirilməsi;
  • Təchizatçılardan kommersiya təkliflərinin alınması, müqayisə edilməsi və ən optimal variantın seçilməsi;
  • Müqavilə şərtlərinin razılaşdırılması və sifarişlərin vaxtında yerinə yetirilməsinə nəzarət;
  • İdxal və yerli alış proseslərinin koordinasiyası;
  • Təchizatçıların performansına dair qiymətləndirmə aparmaq və rəhbərliyə hesabat təqdim etmək.

Planlama sahəsində:

  • İstehsal planlarının hazırlanması, sifarişlərin həcminə uyğun xammal və material ehtiyaclarının müəyyən edilməsi;
  • Anbar qalığının izlənməsi, artıq ehtiyatların qarşısının alınması və çatışmazlıqların vaxtında müəyyənləşdirilməsi;
  • Aylıq, həftəlik və gündəlik planların tərtib olunması və icrasına nəzarət;
  • Satış və istehsal şöbələri ilə koordinasiyalı iş aparmaq;
  • İstehsal resurslarının optimallaşdırılması və səmərəliliyinin artırılması üzrə təkliflər vermək.

Tələblər

  • Ali təhsil (iqtisadiyyat, menecment, logistika və ya mühəndislik sahəsində);
  • Minimum 2 il satınalma və/və ya planlama sahəsində iş təcrübəsi;
  • Satınalma prosedurları, müqavilə şərtləri və anbar idarəçiliyi üzrə biliklər;
  • Analitik düşüncə və qərarvermə bacarığı;
  • MS Office (xüsusən Excel) proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
  • Yüksək ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • Operativlik, dəqiqlik və məsuliyyət.


Oxşar vakansiyalar