Bakı,
Azərbaycan
03.10.2025 04:22
-
03.11.2025 12:00
İş haqqında məlumat
- Şirkətin müsabiqə (tender, kotirovka) və birbaşa alış (müqavilə) çərçivəsində təqdim etdiyi məhsul və xidmətlərin texniki imkanlarını, istifadə şərtlərini araşdırmaq, sistemləşdirmək və daxili istifadəyə uyğun formada təqdim etmək;
- Mövcud məhsul və xidmətləri bazardakı alternativlərlə müqayisə edərək üstün və zəif tərəfləri müəyyənləşdirmək;
- Təchizatçılardan daxil olan təklifləri qiymət, keyfiyyət və uyğunluq baxımından analiz etmək;
- Fərdi və ya standart kommersiya təklifləri hazırlamaq, müvafiq sənədlərlə birlikdə təqdim etmək və uçotunu aparmaq;
- Potensial müştəri və tərəfdaşlar barədə araşdırmalar aparmaq, məlumat bazasını yaratmaq və yeniləmək;
- Müştərilərlə görüşlərin təşkilini, qeydiyyatını və nəticələrin aidiyyəti bölmələrlə paylaşılmasını təmin etmək;
- Müştəri ehtiyaclarını düzgün müəyyən edib, uyğun həll yolları təklif etmək;
- Gələn sorğuları operativ və əsaslandırılmış şəkildə cavablandırmaq;
- Müştərilərlə yazışmalar və danışıqlar aparmaq, davamlı və effektiv əməkdaşlıq qurmaq;
- Satış proseslərini sənədləşdirmək, sistemə düzgün və vaxtında daxil etmək;
- Müqavilələrin hazırlanması və bağlanması prosesində iştirak etmək, şərtlərin uyğunluğunu yoxlamaq;
- Məhsul və xidmətlərlə bağlı təqdimatlar həyata keçirmək, texniki və kommersiya üstünlüklərini izah etmək;
- Rəhbərlik tərəfindən vəzifəsi üzrə verilmiş digər tapşırıqları vaxtında, məsuliyyətlə və keyfiyyətlə icra etmək.
Əlavə məlumat:
- İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək;
- İstirahət günləri: Şənbə və bazar günləri (Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
- Vakansiya növü: Tam ştat
- İş yeri: “Bakinity Distribution” MMC
- Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
Təminatlar:
- Push 30-dan endirim ilə yararlanmaq imkanı;
- Paşa Həyat “Həyatın Yaşam Sığortası”na qoşulmaq imkanı;
- İT sahəsində peşəkar inkişaf imkanı.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Tələblər
- Ali bakalavr təhsili (İqtisadiyyat, Maliyyə, Biznesin idarə olunması və oxşar sahələr);
- İT sahəsində iş bacarıqları – texniki biliklərə və İT sistemlərində təcrübəyə malik olmaq;
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- Əsas tender saytlarını və onların iş prinsiplərini bilməli;
- Azərbaycan dilində sərbəst səviyyədə, Rus dilində orta səviyyədə danışmaq, oxumaq və yazmaq bacarığı (İngilis dilini bilməsi arzuolunandır)
- MS Office proqramı ilə sərbəst işləmə bacarığı;
- Bitrix və 1C ilə işləmə bacarığı;
- Ünsiyyətcil və danışıq qabiliyyəti yüksək olmalı;
- Komanda mühitində işləmək bacarığı.