Bakı,
Azərbaycan
17/06/2026
-
01/07/2026
İş haqqında məlumat
- Şirkətə daxil olan sorğu və sifarişlərin qəbul edilməsi;
- Müştərilərlə əlaqə saxlayaraq texniki və kommersiya tələblərinin dəqiqləşdirilməsi;
- Sorğuların aidiyyəti üzrə satınalma və digər şöbələrə yönləndirilməsi;
- Təchizatçılardan və satınalma şöbəsindən alınan məlumatların toplanması və sistemləşdirilməsi;
- Kommersiya təkliflərinin hazırlanması və müştərilərə təqdim edilməsi;
- Təkliflərin icra vəziyyətinin izlənilməsi və müştərilərlə mütəmadi əlaqənin saxlanılması;
- Müqavilə, sifariş və digər satış sənədlərinin hazırlanması;
- Müştəri bazasının yenilənməsi və məlumatların sistemdə qeydiyyatının aparılması;
- İşgüzar yazışmaların aparılması;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların icrası.
İş şəraiti
- İş yeri: Bakı şəhəri
- Əmək haqqı: 600 AZN + bonus sistemi
- İş qrafiki: Bazar ertəsi – Cümə, 08:30 – 17:30
Təminatlar
- Korporativ nömrə;
- Tibbi sığorta;
- Satış nəticələrinə əsaslanan bonus sistemi.
Qeyd - Vakansiya üzrə seçilmiş namizədlər üçün 1 həftəlik sınaq müddəti tətbiq olunur.
Tələblər
- Ali və ya orta ixtisas təhsili;
- Satış, müştəri xidmətləri və ya əlaqəli sahədə minimum 1 il iş təcrübəsi;
- MS Office proqramlarında işləmək bacarığı;
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı;
- Rus dili biliyi üstünlükdür;
- İşgüzar yazışma və ünsiyyət bacarığı;
- Məsuliyyətlilik, operativlik və yüksək kommunikasiya qabiliyyəti;
- Komanda ilə işləmək bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun