Bakı,
Azərbaycan
24/07/2026
-
07/08/2026
İş haqqında məlumat
- Həftəlik, aylıq və illik satış planlarını tərtib etmək və şöbə rəhbəri ilə razılaşdırmaq
- Satış planlarını rəhbərliklə müzakirə, təsdiq, statistikalara nəzarət etmək.
- Satış menecerlərinin peşəkarlıq səviyyəsinin artması üçün mütəmadi tədbirlər görmək, Kadrlar şöbəsilə birlikdə daxili təlimlər təşkil etmək
- VİP müştərilərlə əlaqələrə nəzarət etmək
- VİP müştərilərə nəvaziş ziyarətləri həyata keçirmək
- Müştərilərə kompleks xidmət göstərə bilmək üçün ehtiyacları aşkar etmək
- Müştəri bazası üzrə requlyar zənglər etmək, məktublar göndərmək
- Strateji satış sayıla biləcək (100.000 AZN və daha artıq) potensial satışlara dair layihə qrupunun yaradılmasına dair rəhbərinə müraciət etmək, layihə komandasının işində aktiv iştirak etmək
- Strateji layihələr üzrə “Müştərinin Siyasi Xəritəsi”ni hazırlamaq
- Potensial “soyuq” müştərilərlə vaxtaşırı işlər aparmaq və onları isti əlaqələrə çevirmək
- Müştərilərlə danışıqlar aparmaq, onlara təqdimatlar etmək, onların etirazlarını yoluna qoymaq
- Layihələrə uyğun olaraq avadanlıq və məhsullar seçmək
- Təminat şöbəsi ilə birlikdə xarici təchizatçılarla danışıqlar aparmaq
- Texniki məsələlər, eləcə də müqavilə şərtlərini müştərilərlə razılaşdırmaq
- Müştərilərlə müqavilələrin imzalanmasını, hesabların təqdim olunmasını və avans ödənişinin alınmasını koordinasiya etmək
Dəyərlərimiz:
- İnkişaf və davamlı öyrənmək istəyi
- Qayğı göstərmək və kömək etmək istəyi
- Dürüstlük və ədalətli mübadilə
Bizimlə iş şən və perspektivlidir!
Tələblər
- Korporativ satış sahəsində 3 ildən artıq təcrübə
- Elektronika satış bazarından məlumatlı
- İşgüzar görüşlər və xarici səfərlərə açıq olması
- Analitiki düşünmə
- Dillər
- Komunukabeli
- Ünsiyyətcil
- CV şəkilli olmalı
- Yaş 25-40
Bacarıqların:
- Azərbaycan dili biliyi
- İngilis və rus dillərini bilən (bəy) namizədlərə üstünlük verilir
- Microsoft Office bilikləri
- Komandada işləmək qabiliyyəti
- Müştərilərin qorunub saxlanılması;
- Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik
- Çətin vəziyyətlərin həlli (nadir hallarda olur).
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun