Ram Solutions

Telefon Satış Mütəxəssisi

Ram Solutions
1200 ₼
441
Tam iş günü
Bakı, Azərbaycan
13/07/2026 - 13/08/2026

İş haqqında məlumat

  • Instagram, TikTok və WhatsApp platformaları vasitəsilə daxil olan müraciətləri operativ şəkildə cavablandırmaq;
  • Daxil olan telefon zənglərini peşəkar şəkildə cavablandırmaq və müştərilərlə effektiv ünsiyyət qurmaq;
  • Müştərilərlə telefon və yazışma vasitəsilə satış həyata keçirmək;
  • Şirkət tərəfindən müəyyən edilmiş gündəlik və aylıq zəng hədəflərini, eləcə də satış planını vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək;
  • Müştərinin ehtiyacını düzgün müəyyən edərək uyğun məhsulu təqdim etmək və satışı uğurla yekunlaşdırmaq;
  • Müştəri məlumatlarını CRM sistemində düzgün şəkildə qeydiyyata almaq və izləmək;
  • Şirkətin satış, xidmət və etik davranış standartlarına riayət etmək.

Əlavə məlumat:

  • Şirkət: Ramton Holding
  • İş yeri: Ramton Holding – Nərimanov rayonu, Çinar Park Biznes Mərkəzi

İş qrafiki:

  • Həftəiçi 5 iş günü
  • İş saatı: 10:00 – 18:00
  • Əmək haqqı: Net əmək haqqı + yüksək bonus sistemi. Uğurlu satış nəticələrinə əsasən minimal aylıq gəlir 1.200 AZN, daha yüksək qazanc əldə etmək imkanı mövcuddur.

Biz nə təklif edirik?

  • Rəsmi əmək müqaviləsi;
  • Motivasiyaedici bonus sistemi və yüksək gəlir əldə etmək imkanı;
  • Satış sahəsində peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
  • Təlim və adaptasiya dəstəyi;
  • Rahat, müasir və dinamik iş mühiti.

Tələblər

  • Yalnız xanım namizədlər;
  • Yaş həddi: 21–28 yaş;
  • Azərbaycan dilini sərbəst bilmək;
  • Rus dilini bilmək arzuolunandır;
  • Telefon satışları və müştəri xidməti sahəsində minimum 2 il iş təcrübəsinə malik olmaq;
  • Güclü ünsiyyət, təqdimat və satış bacarığı;
  • Məsuliyyətli, intizamlı, nəticəyönümlü və operativ olmaq;
  • Komandada işləmək bacarığı və öyrənməyə həvəsli olmaq;
  • Satış hədəfləri ilə işləmək bacarığı.


Müraciət qaydası

  • CV-nizi [email protected] elektron poçt ünvanına göndərin.
  • Əlavə məlumat üçün: 055 458 16 26

Oxşar vakansiyalar