Caspian Textile MMC

Satış Meneceri

Caspian Textile MMC
Ə/h razılaşma ilə
351
Tam iş günü
Bakı, Azərbaycan
01/09/2026 - 15/09/2026

İş haqqında məlumat

Caspian Textile komandamıza qoşulmaq üçün korporativ satış sahəsində təcrübəli və nəticəyönümlü Satış Meneceri axtarırıq.

Vəzifə öhdəlikləri

  • Şirkətin tekstil məhsulları, korporativ geyim, işçi geyimləri, uniforma və digər tikiş məhsullarının korporativ müştərilərə satışını həyata keçirmək
  • Yeni korporativ müştərilərin müəyyən edilməsi və cəlb olunmasını təmin etmək
  • Potensial müştərilərlə əlaqələr qurmaq və uzunmüddətli əməkdaşlıqları inkişaf etdirmək
  • Mövcud müştəri portfelini idarə etmək, müştəri məmnuniyyətini və təkrar satışları artırmaq
  • Müştərilərlə görüşlər keçirmək, onların məhsul, dizayn, material, həcm və çatdırılma tələblərini müəyyən etmək
  • Müştəri ehtiyaclarına uyğun məhsul və istehsal həlləri təqdim etmək
  • Kommersiya təklifləri və qiymət təklifləri hazırlamaq, danışıqlar aparmaq və müqavilələrin bağlanmasını təmin etmək
  • Satış prosesini ilkin əlaqədən sifarişin rəsmiləşdirilməsinə qədər idarə etmək
  • İri korporativ sifarişlərin cəlb olunması və inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərmək
  • Satış planlarının və müəyyən edilmiş hədəflərin yerinə yetirilməsini təmin etmək
  • Bazar tendensiyalarını, potensial müştəriləri və rəqiblərin fəaliyyətini izləmək
  • Müştərilərdən daxil olan məlumatları istehsal və digər aidiyyəti şöbələrlə koordinasiya etmək

Tələblər

  • Ali təhsil (Biznesin İdarə Edilməsi, Marketinq, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür)
  • Minimum 5 il satış sahəsində iş təcrübəsi
  • B2B və korporativ satış sahəsində təcrübə
  • Tekstil, geyim, istehsal, FMCG və ya digər korporativ məhsulların satışı üzrə təcrübə üstünlükdür
  • Korporativ müştərilərlə işləmək və uzunmüddətli biznes əlaqələri qurmaq bacarığı
  • Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı
  • Kommersiya təkliflərinin hazırlanması və müqavilə danışıqlarının aparılması üzrə təcrübə
  • Nəticəyönümlü və təşəbbüskar yanaşma
  • Analitik düşünmə və problem həll etmə bacarığı
  • Müstəqil və komanda daxilində effektiv işləmək bacarığı

İş şəraiti

  • Rəsmi əmək müqaviləsi
  • Yanacaq və mobil telefon xərclərinin şirkət tərəfindən qarşılanması
  • Satış nəticələrinə əsaslanan motivasiya və bonus sistemi
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
  • Stabil və dinamik iş mühiti

Oxşar vakansiyalar