Bakı,
Azərbaycan
11/09/2026
-
25/09/2026
İş haqqında məlumat
Synergy Partnership Satış Meneceri axtarırıq.
Əsas vəzifə öhdəlikləri:
- Potensial müştərilərin axtarışı və müştəri bazasının genişləndirilməsi;
- Müştərilərlə görüşlərin təşkili, ehtiyacların müəyyənləşdirilməsi və xidmətlərin təqdim edilməsi;
- Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
- Müqavilələrin bağlanmasının təmin edilməsi və prosesin izlənilməsi
- Satış planlarının icrası və müəyyən edilmiş aylıq/illik hədəflərə nail olunması;
- Müştəri məmnuniyyətinin qorunması və uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsi;
- Bazar və rəqiblərin araşdırılması
- PR, marketinq, reklam və tədbir xidmətlərinin satışının həyata keçirilməsi.
Tələblər
- atış və ya müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Güclü kommunikasiya və təqdimat bacarıqları;
- İşgüzar danışıqlar aparmaq və müştəri münasibətlərini idarə etmək bacarığı;
- Aktiv satış və yeni müştərilərin cəlb edilməsi üzrə bacarıqlar;
- Analitik düşüncə və bazar araşdırması aparmaq qabiliyyəti;
- Nəticəyönümlü, məsuliyyətli və təşəbbüskar yanaşma;
- Komandada işləmək bacarığı;
- MS Office proqramlarından istifadə bacarığı;
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
- İngilis və/və ya rus dili biliyi üstünlükdür.
Əməkhaqqı:
- Müsahibə nəticəsində namizədin təcrübə və peşəkar bacarıqları nəzərə alınmaqla müəyyən ediləcək.
İş qrafiki:
- Bazar ertəsi – Cümə: 09:00–18:00
- Ayda 1 dəfə şənbə günü: 10:00–14:00