
50322 noyabr 2026
Təcrübə1-3 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriYaxşı
TəhsilTam orta
Azərbaycan diliƏla
Rus diliYoxdur
İngilis diliYaxşı
Təcrübə1-3 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriYaxşı
TəhsilTam orta
Azərbaycan diliƏla
Rus diliYoxdur
İngilis diliYaxşı
İş haqqında
İş şəraiti
- İş yeri: Bakı şəhəri, H. Əliyev pr 115
- Əməkhaqqı: 800 AZN + limitsiz bonus
- İş qrafiki: Bazar ertəsi – şənbə, 10:00–19:00
- Məşğulluq növü: Tam ştat
Auto Trader MMC Amerika avtomobil hərraclarından Azərbaycana avtomobillərin sifarişi, daşınması və idxalı üzrə ixtisaslaşmış şirkətdir.
Komandamıza avtomobil sahəsinə marağı olan, satış bacarıqlarına malik, məsuliyyətli və nəticəyönümlü satış meneceri axtarırıq.
Vəzifə öhdəlikləri
- Müştəri müraciətlərini cavablandırmaq və şirkətin xidmətləri barədə məlumat vermək;
- Müştərilərin büdcə və tələblərinə uyğun avtomobillərin seçilməsində köməklik göstərmək;
- Amerika avtomobil hərraclarında avtomobilləri araşdırmaq və yekun idxal xərclərini hesablamaq;
- Satış və sifariş prosesini həyata keçirmək, müqavilələri rəsmiləşdirmək;
- Sifarişin icra vəziyyəti barədə müştəriləri mütəmadi olaraq məlumatlandırmaq;
- Satış və sifariş məlumatlarını şirkətin daxili sisteminə daxil etmək.
Namizədə dair tələblər
- Avtomobil satışı üzrə satış meneceri vəzifəsində minimum 1 il iş təcrübəsi;
- Avtomobil markaları, modelləri və texniki xüsusiyyətləri barədə biliklər;
- Yüksək ünsiyyət, təqdimat və satış bacarıqları;
- Azərbaycan dilində sərbəst danışıq və ingilis dilində məlumatları oxuyub anlamaq bacarığı;
- Kompüter və ofis proqramları ilə işləmək bacarığı;
- Məsuliyyətli, dürüst, təşəbbüskar və nəticəyönümlü olmaq;
- Sürücülük vəsiqəsinin olması üstünlükdür.
Biz nə təklif edirik?
- Rəsmi əmək müqaviləsi;
- 800 AZN sabit aylıq əməkhaqqı;
- Satılan hər avtomobilə görə əlavə bonus;
- Yuxarı həddi olmayan bonus sistemi;
- Rahat iş şəraiti və korporativ iş telefonu.


