JYSK

Satış Məsləhətçisi

JYSK
Ə/h razılaşma ilə
356
Növbəli iş
Bakı, Azərbaycan
28/08/2026 - 11/09/2026

İş haqqında məlumat

Müştərilərlə ünsiyyət qurmağı sevirsiniz, satış sahəsində təcrübəniz var və beynəlxalq şirkətdə karyera qurmaq istəyirsiniz? O zaman JYSK sizi komandamıza dəvət edir!

İş qrafiki: Növbəli, 6 günlük iş həftəsi

Əsas vəzifələr: 

  • Müştərilərə məhsulların seçimi üzrə peşəkar məsləhət vermək və satışları həyata keçirmək;
  • Məhsulların mağazada VM və planogram standartlarına uyğun yerləşdirilməsini təmin etmək;
  • Kassa əməliyyatlarını yerinə yetirmək;
  • Malların qəbulu, hazırlanması və inventarizasiya prosesində iştirak etmək;
  • Yüksək müştəri xidməti standartlarını qorumaq və satış nəticələrinin artırılmasına töhfə vermək.

Tələblər

Namizəddən gözləntilər:

  • Satış sahəsində minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı mütləqdir;
  • Yüksək ünsiyyət və müştəriyönümlülük;
  • Məsuliyyətli, enerjili və komandada işləmə bacarığı.

Biz nə təklif edirik?

  • Rəsmi əmək müqaviləsi;
  • Rəqabətqabiliyyətli əmək haqqı və bonus sistemi;
  • Davamlı təlim və inkişaf proqramları;
  • Beynəlxalq şirkətdə karyera yüksəlişi imkanları;
  • Müasir, dinamik və mehriban iş mühiti.