HORECA MMC

Satış nümayəndəsi

HORECA MMC
Ə/h razılaşma ilə
549
Tam iş günü
Bakı, Azərbaycan
24/04/2026 - 08/05/2026

İş haqqında məlumat

  • Şirkətin məhsullarının satışının təşkili və xidmətlərinin göstərilməsini təmin etmək;
  • Yeni müştərilərin cəlb olunması (məhsul təqdimatlarının və kommersiya təkliflərinin hazırlanması, alqı-satqı müqavilələrinin bağlanması, ay ərzində minimum 3 yeni müştəri), müştərilərin tələbatını öyrənmək, xidmətlərimiz haqqında ətraflı və doğru məlumat vermək;
  • Görülmüş işlər haqqında hesabatların təqdimatı (gündəlik satış, borc kağızlarına nəzarət, bazarın analizi və rəqiblər haqqında məlumatların toplanması);
  • Mövcud müştəri bazası ilə mütəmadi işləmək (Məhsullara dair təqdimatın aparılması, məhsul çeşidinin artırılması, ödənişlərin zamanında tələb olunması, problemlərin diaqnostikası və şirkət tərəfindən müştərilərdə quraşdırılımış avadanlıqlarda istifadə olunan məhsullara nəzarət)

Qeyd: Şirkət tərəfindən yanacaq, aylıq mobil telefon danışıq haqqı, nəqliyyat vasitəsi aylıq amortizasiya.

Əmək şəraiti:

  • Həftəiçi 5 günlük iş rejimi, saat 09:00-18:00
  • Faktiki iş ünvanı: Bakı şəhəri
  • Əmək haqqı: Fiks maaş 1000 AZN net + (satış həcmindən asılı olaraq maksimum 2500 net) 

Tələblər

  • Mövcud sahə üzrə 1-3 il iş təcrübəsi
  • Satış, marketinq və oxşar sahələr üzrə ali təhsil
  • Dil bilikləri: Azərbaycan dili əla, Rus dili və İngilis dili arzuolunandır.
  • Şəxsi avtomobil olmalıdır.

Şəxsi keyfiyyətlər:

  • Güclü ünsiyyət və təqdimat bacarığı, məsuliyyətlilik, müştəriyönümlülük və s.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar