Business İnsight

Satışa dəstək və marketinq üzrə menecer

Business İnsight
Ə/h razılaşma ilə
520
Tam iş günü
Bakı, Azərbaycan
24/04/2026 - 08/05/2026

İş haqqında məlumat

Marketinq kampaniyalarının dəstəklənməsi: 

  • Proqram iştirakçılarının cəlb olunmasına və saxlanılmasına yönəlmiş marketinq kampaniyalarının hazırlanması və həyata keçirilməsinə dəstəyin göstərilməsi. 
  • İdeyaların generasiyası və tətbiq olunması.

Məlumatların təhlili: 

  • Marketinq aksiyalarının və kampaniyalarının nəticələri haqqında məlumatların toplanması, işlənməsi və təhlili. 
  • Hesabatların hazırlanması və gələcək təkmilləşdirmələr üçün təkliflərin verilməsi.

Məlumat bazasının seqmentləşdirilməsi: 

  • Fərdiləşdirilmiş təkliflərin yaradılması üçün müştəri məlumat bazası ilə iş və onun seqmentləşdirilməsi.

Monitorinq və qiymətləndirmə: 

  • Marketinq fəaliyyətlərinin effektivliyinin izlənməsi və mütəmadi olaraq menecerə hesabatların təqdim edilməsi.

Tərəfdaşlarla qarşılıqlı əlaqə: 

  • Sadiqlik proqramı çərçivəsində işlərin koordinasiyası üçün tərəfdaşlar və digər şöbələrlə iş.
  • Satışları stimullaşdıran birgə aksiyalar və təkliflərin yaradılması üçün sadiqlik proqramı tərəfdaşları ilə qarşılıqlı əlaqə.

Kampaniya və təkliflərin hazırlanması: 

  • Sadiqlik proqramı çərçivəsində satışların artırılmasına, satışa dəstək və müştərilərin saxlanılmasına yönəlmiş aksiyaların yaradılması və həyata keçirilməsi.
  • Satışa dəstək üzrə fəaliyyət planının hazırlanması.

Kampaniyaların monitorinqi: 

  • Mövcud aksiyaların və təkliflərin effektivliyinin izlənməsi və təhlili, onların satışa və müştəri fəallığına təsirinin qiymətləndirilməsi.

Bazarın təhlili: 

  • Rəqabət təkliflərinin və bazar vəziyyətinin araşdırılması, proqram üzvləri üçün üçün cəlbedici, satışı stimullaşdıran layihə təkliflərin hazırlanması.

Marketinq və Rəqəmsal Loyallıq şöbəsi ilə qarşılıqlı əlaqə: 

  • Müvafiq şöbələrə aksiyaların və təkliflərin effektiv təşviqi üçün lazım olan bütün məlumat, planlama və materiallarla təmin edilməsi.

Analitika və hesabatlılıq: 

  • Aksiyaların nəticələrinə dair hesabatların hazırlanması, analitik məlumatların təqdim edilməsi və onların optimallaşdırılması üçün təkliflərin verilməsi.

İş şəraiti:

  • Öyrədici və inkişafameyilli iş mühiti; 
  • Əmək qanunvericiliyinə uyğun sənədləşmə;
  • İş vaxtı həftədə 6 gün;
  • Əmək haqqı namizədin işləmək istəyinə, bacarıqlarına və qoyulan tələbləri qarşılamasına görə müəyyən ediləcək. 

Tələblər

  • Kişi namizədlər;
  • Ali təhsil (Marketinq, İqtisadiyyat və ya Biznes İdarəçiliyi);
  • Yaş həddi: 22-35;
  • Tikinti sektorunda minimum 3 il müvafiq təcrübə;
  • Tikinti materialları və sənaye üzrə güclü biliklər;
  • Kompyuterdən istifadə bacarığı (MS Office (Word, Excel);
  • Şəxsi avtomobilinin olması üstünlükdür;
  • Azərbaycan dilində səlis danışıq;
  • Aktiv, məsuliyyətli və nəticəyönümlü olmaq;
  • Komanda ilə işləmək bacarığı;
  • Araşdırma, yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
  • Məqsədyönlü, məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar