Bakı,
Azərbaycan
09.10.2025 02:29
-
09.11.2025 12:00
İş haqqında məlumat
- Mağazaya daxil olan müştərini gülərüz və nəzakətlə salamlamaq;
- Müştərinin ehtiyaclarını müəyyən etmək, diqqətlə dinləyib və sorğularını dəqiqləşdirmək;
- Müştərinin istəklərinə uyğun məhsulu təqdim etmək, məhsulun keyfiyyəti, xüsusiyyətləri, istifadəsi və qiyməti barədə dolğun məlumat vermək.Alternativ məhsullar təklif edərək müştərinin seçim imkanlarını genişləndirmək;
- Müştərinin verdiyi suallara dəqiq, düzgün və aydın cavab vermək;
- Məhsulların qiymət etiketlərinin düzgün qeyd olunmasına, kampaniya və endirim dövrlərində qiymətlərin vaxtında yenilənməsinə nəzarət etmək;
- Müştərinin doğru seçim etməsinə kömək edib, alış prosesini asanlaşdırmaq;
- Müştəri məhsul almağa qərar verdikdə onu nəzakətlə kassaya yönləndirmək;
- Satış zalında məhsulların səliqəli, düzgün və standartlara uyğun şəkildə düzülməsinə nəzarət etmək;
- Mağaza daxili qaydalara, etik davranış normalarına və intizam tələblərinə əməl etmək;
- Şirkətin təqdim etdiyi bütün malların xüsusiyyətləri, stoku və qiymətləri haqqında tam informasiyaya sahib olmaq;
- Rəhbərliyin verdiyi digər tapşırıqları vaxtında və düzgün icra etmək.
İş qrafiki
- Həftə içi 6 gün, 10:00 -22:00 / (növbəli qrafik) nahar fasiləsi 13:00 - 14:00;
- Əməyin ödənilməsi;
- Müsahibə əsasında təyin olunacaq.
Sizə nə təklif edirik?
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Əlverişli iş mühitində çalışmaq imkanı;
- Uğurlu karyera üçün Sizə lazım olacaq professional bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Karyera və inkişaf perspektivləri;
- Öyrənmə və öyrəndiklərinizi tətbiq etmək imkanları;
- Arzum Beauty House-un peşəkar komandasının bir üzvü olmaq imkanı.
Qeydlər
- Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (Azərbaycan dilində) qeyd olunan elektron ünvanına göndərə bilərlər.Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Satış təmsilçisi ) göstərməyiniz xahiş olunur.
Tələblər
- Vahid komandada işləmək qabiliyyəti;
- Azərbaycan, Rus, İngilis dillərini bilmək üstünlükdür;
- Əməkdaşlarla münasibətdə nəzakət nümayiş etmək və ünsiyyət qurmaq qabiliyyəti.