Satış üzrə Konsultant (Xaricdə Təhsil)-2606020315
Libera Karyera Mərkəzi
Ə/h razılaşma ilə
435
Tam iş günü
Bakı,
Azərbaycan
02/06/2026
-
16/06/2026
İş haqqında məlumat
- Daxil olan müştəri sorğularını cavablandıracaq, tələbə və valideynlərlə peşəkar kommunikasiya quraraq satış prosesini tamamlayacaq Satış Konsultantları axtarırıq. Vakansiya üzrə əsas fokus aktiv satış və müqavilələrin bağlanmasıdır.
Əsas Öhdəliklər:
- Şirkət tərəfindən hər gün reklamdan gələn yeni müştərilərə vaxtında zəng etmək və məlumat vermək;
- Ofis daxilində potensial müştərilərlə görüşlər keçirmək, onlara uyğun təhsil istiqamətlərini (Avropa, Çin, Amerika, Kanada və s.) təqdim etmək;
- Müştərilərin etirazları ilə peşəkar şəkildə işləmək və xidmət müqaviləsinin bağlanmasını təmin etmək;
- Şirkətin satış hədəflərini vaxtında yerinə yetirmək.
İş şəraiti
- Ünvan: Bakı şəhəri, Çinar Park Biznes Mərkəzi
- İş qrafiki: Həftədə 5 tam iş günü + Şənbə günü (Yarım iş günü)
- Maaş: Fix Maaş + Bonus (Yüksək qazanc imkanı)
Biz nə təklif edirik?
- Hazır Müştəri Axını: Soyuq zənglər yoxdur, şirkət sizi hər gün reklamdan gələn real və isti müştəri bazası ilə təmin edir;
- Yüksək satış performansı üçün cəlbedici bonus sistemi;
- Müasir və rahat ofis mühiti (Çınar Park Biznes Mərkəzi).
Tələblər
- Satış sektorunda (Xaricdə təhsil, dil kursları, turizm, bank/sığorta və s.) minimum 1 il uğurlu iş təcrübəsi;
- Azərbaycan dilində mükəmməl, aydın və inandırıcı danışıq qabiliyyəti (Rus və ya İngilis dili bilikləri üstünlükdür);
- Yüksək kommunikasiya bacarığı, müştəri psixologiyasını anlama və satışı bağlamaq xarakteri;
- Komandada işləmək bacarığı və yüksək öyrənmə sürəti (Xaricdə təhsil proqramları işə qəbuldan sonra daxili treninqlərlə öyrədiləcək).
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.