Bakı,
Azərbaycan
30.10.2025 03:11
-
30.11.2025 12:00
İş haqqında məlumat
- Müştərilərlə ilkin texniki və biznes tələblərinin analizi və uyğun həllərin hazırlanması;
- Satış komandası ilə birlikdə təkliflərin hazırlanması və təqdimatların keçirilməsi;
- Texniki təkliflərin (RFP, RFQ, Tender sənədləri və s.) hazırlanması və koordinasiyası;
- Müxtəlif IT həllərinin (infrastruktur, şəbəkə, bulud, təhlükəsizlik, proqram təminatı və s.) təqdimatı və dizaynı;
- Vendor və partnyorlarla əməkdaşlıq edərək ən optimal texnoloji həllərin seçilməsi;
- Müştərilərlə görüşlərdə texniki ekspert kimi iştirak etmək;
- Həllərin texniki və kommersiya əsaslandırılmasının hazırlanması;
- Satış sonrası mərhələdə layihə komandası ilə əməkdaşlıq etmək.
Əlavə məlumat:
- İş rejimi: I-IV günlər, 09:00-18:00;
- Nahar fasiləsi: 13:00-14:00;
- Əməkhaqqı razılaşma yolu ilə
- İş yeri: Bakı şəhəri, Nizami rayonu, H.Əliyev pr. 189 B.
Vakansiyaya müraciət etmək üçün namizədlərdən mövzu hissəsində “Satış üzrə menecer” qeyd edərək CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Tələblər
- İnformasiya texnologiyaları, kompüter mühəndisliyi və ya əlaqədar sahə üzrə ali təhsil;
- İngilis və Azərbaycan dillərində sərbəst ünsiyyət bacarığı (rus dili arzuolunandır);
- IT Presales, Solution Architect və ya texniki satış sahəsində ən azı 3–5 il təcrübə;
- Müxtəlif IT məhsulları və həlləri (məsələn: server, storage, network, security, virtualization, cloud və s.) üzrə geniş bilik;
- Tender sənədləri, texniki təklif və kommersiya təkliflərinin hazırlanmasında təcrübə;
- Vendor sertifikatları (Cisco, Microsoft, VMware, HPE, Dell, Fortinet, və s.) üstünlük hesab olunur;
- Komandada işləmə bacarığı;
- Güclü təqdimat və kommunikasiya bacarıqları;
- Analitik düşüncə və problem həll etmə bacarığı;
- Məsuliyyətli, punktual və məqsədyönlü olmaq.