KC

Satış üzrə mütəxəssis

KIJI Car MMC
600 ₼
1522
Tam iş günü
Bakı, Azərbaycan
11/03/2026 - 25/03/2026

İş haqqında məlumat

Avtomobil satışında müştərilərlə peşəkar şəkildə işləmək, onların tələblərini müəyyən edib,uyğun nəqliyyat vasitəsini seçmək, satışın tam prosesini idarə etmək və şirkətin aylıq satış planının icrasını təmin etmək.

  • Müştəri maraqlarını öyrənmək və onun ehtiyacına uyğun təkliflər etmək;
  • Avtomobillərin yüksək səviyyədə təqdim olunması, xidmətlər barədə geniş məlumat verilməsi;
  • Müştərilərdən daxil olan sorğuların cavablandırılması, ilkin məlumatların təqdim edilməsi, uyğun satış imkanlarının qiymətləndirilməsi;
  • Satış şöbəsinin fəaliyyəti ilə bağlı gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması, məlumatların təhlil edilərək rəhbərliyə təqdim edilməsi;
  • Müqavilə şərtləri haqqında danışıqların aparılması və müqavilələrin rəsmiləşdirilməsi;
  • Avtomobil bazarının analizi və xüsusiyyətlərini tədqiq etmək, rəqibləri izləmək;
  • Satışın stimullaşdırılması üçün tədbirlər görmək;
  • Ümumi fəaliyyətə dair satış rəhbərinə hesabatların verilməsi.

Şərtlər:

  • Əmək haqqı – 600+ azn (hər şatışdan bonuslar)
  • İş qrafiki: 6 günlük, 10:00 – 19:00. Həftədə bir gün istirahət.
  • Ünvan: Bakı şəh., Babək pr. 

Tələblər

  • Avtomobil satış sahəsində ən azı 1–3 il təcrübə
  • Yaş həddi 25-35 arası.
  • Avtomobil modelləri və texniki göstəricilər haqqında məlumatlılıq
  • Azərbaycan dilində səlis danışıq, rus dili (ingilis dili arzu olunandır)
  • Yüksək ünsiyyət bacarığı və inandırıcı təqdimat qabiliyyəti
  • Danışıqlar aparmaq və müqavilə bağlama bacarığı
  • B kateqoriyalı sürücülük vəsiqəsi
  • Aktiv, hədəf yönümlü və komandada işləmə bacarığı

Qeyd - Yalniz avtomobil sahəsində iş təcrübəsi olan namizədlərin CV-nə baxılacaq.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar