Bakı,
Azərbaycan
25.06.2025 00:31
-
25.07.2025 12:00
İş haqqında məlumat
- Məhsulların tanıtma işlərini təşkil etmək;
- Müştərilərlə rahat ünsiyyətin qurulması, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək;
- Müştəri ehtiyaclarını müəyyən etmək və müvafiq həlləri tövsiyə etmək;
- Məhsulları peşəkar və bilikli şəkildə müştərilərə təqdim etmək və izah etmək;
- Müsbət və peşəkar davranışla müştərilərə xidmət etmək;
- Səbr və anlayış göstərərək mövcud problemləri həll etmək;
- Müsbət biznes və müştəri əlaqələri qurmaq, inkişaf etdirmək və qoruyub saxlamaq;
- Məmnuniyyəti artırmaq üçün müştəri problemlərinin və şikayətlərinin həllini sürətlə icra etmək;
- Müəyyən edilmiş şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq;
- İş qrafiki: Həftənin 6 günü, 10:00-19:00 ;
- İstirahət günü: Bazar;
- Nahar şirkət tərəfindən verilir;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Əmək haqqı razılaşma ilə + bonus.
Tələblər
- Ali və ya orta təhsil;
- Satış sahəsində iş təcrübəsi mütləqdir. (Qapı, tikinti materialları, dizayn məhsulları və s. oxşar sahələrdə çalışanlara üstünlük verilir);
- Satış prosesini və dinamikasını başa düşmək;
- Effektiv dinləmə, yazılı və şifahi ünsiyyət bacarıqları;
- Mükəmməl şəxsiyyətlərarası bacarıqlar, o cümlədən həm müştərilər, həm də təchizatçılarla tez bir zamanda əlaqə qurmaq bacarığı;
- Word, Excel və Outlook daxil olmaqla Microsoft proqramlarından sərbəst istifadə bacarığı;
- Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti mütləqdir. Rus dilində danışıq üstünlükdür;
- Yaş həddi 23-38 yaş arası;
- Cinsi: kişi.