hrin.az
Reklam

Satış üzrə mütəxəssis (İdman zalı)

Gym Management Company

Əmək haqqı: Razılaşma

5127 noyabr 2026
Təcrübə1 ilə qədər
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
Yaş18-65
Kompüter bilikləriYoxdur
TəhsilTam orta
Azərbaycan diliYaxşı
Rus diliOrta
İngilis diliBaşlanğıc

İş haqqında

Vəzifə öhdəlikləri

·   Klubun üzvlük paketlərini və əlavə xidmətlərini potensial müştərilərə təqdim etmək;

·   Müştərilərin ehtiyaclarını müəyyən etmək, uyğun üzvlük təklifləri hazırlamaq;

·   Daxil olan müraciətləri izləmək, potensial müştərilərlə əlaqə saxlamaq və klub turu təşkil etmək;

·   Satış prosesini, müqavilələrin rəsmiləşdirilməsini və üzvlüyün aktivləşdirilməsini koordinasiya etmək;

·   Mövcud üzvlərlə əlaqə saxlayaraq üzvlüyün yenilənməsi və müştəri məmnuniyyətini dəstəkləmək;

·   Satış göstəricilərini izləmək, CRM sistemini yeniləmək və hesabatlar hazırlamaq.

Namizədə tələblər

·   Satış və ya müştəri xidməti sahəsində müvafiq iş təcrübəsi;

·   Danışıqlar aparmaq, təqdimat və satış bacarıqları;

·   CRM və MS Office proqramlarından istifadə bacarığı üstünlükdür;

·   Nəticəyönümlülük, təşəbbüskarlıq və məsuliyyətlilik;

·   Azərbaycan dili biliyi; rus və/və ya ingilis dili biliyi üstünlükdür.

Biz təklif edirik

·   Peşəkar və dinamik iş mühiti;

·   İnkişaf və təlim imkanları;

·   Stabil və uzunmüddətli əməkdaşlıq.

İş şərtləri

İş yeri: Aqua Wellness Club, Bakı, 28 May, Rəşid Behbudov küçəsi 55.

Reklam