Bakı,
Azərbaycan
28/09/2026
-
12/10/2026
İş haqqında məlumat
Hazırda məhsulumuzun bazara çıxış və aktiv satış mərhələsinə başlayırıq. Bu mərhələdə komandamıza ZEON-un müştəri bazasının formalaşdırılması və böyüdülməsində birbaşa iştirak edəcək Sales & Business Development Specialist axtarırıq.
Vəzifənin əsas məqsədi
- ZEON-un potensial müştərilərini müəyyən etmək, travel şirkətlərinin biznes ehtiyaclarını anlamaq, məhsulu təqdim etmək və bütün B2B satış prosesini ilkin kontaktdan müqavilənin bağlanmasına qədər idarə etmək.
Əsas vəzifələr
- Travel agentlikləri, tur operatorları, DMC-lər və digər potensial B2B müştərilərin müəyyən edilməsi və onlarla əlaqələrin qurulması;
- Yeni satış imkanlarının və potensial müştərilərin aktiv şəkildə araşdırılması;
- Şirkət rəhbərləri və qərarverici şəxslərlə görüşlərin təşkili;
- ZEON platformasının online və fiziki təqdimatlarının və məhsul demolarının keçirilməsi;
- Müştərinin ehtiyaclarına uyğun həllərin və kommersiya təkliflərinin təqdim edilməsi;
- Danışıqların aparılması və satış prosesinin müqavilənin bağlanmasına qədər idarə edilməsi;
Tələblər
- B2B satış və ya Biznesin inkişafı sahəsində təcrübə;
- Güclü kommunikasiya, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Satış prosesini müstəqil şəkildə idarə edə bilmək;
- Azərbaycan, İngilis və rus dillərində danışıq bacarığı;
- Təşəbbüskar, çevik və startup mühitində işləməyə açıq olmaq.
Üstünlük hesab olunur
- Turizm sektorunda iş təcrübəsi və travel agentliklərinin biznes proseslərini bilmək;
- ERP, CRM, SaaS və ya digər B2B texnologiya məhsullarının satışında təcrübə;
Biz nə təklif edirik?
- Yeni TravelTech məhsulunun bazara çıxış mərhələsindən etibarən əsas komandanın bir hissəsi olmaq;
- Rəqabətədavamlı əmək haqqı;
- Satış nəticələrinə əsaslanan bonus və komissiya sistemi;
- Azərbaycan bazarından başlayaraq regional bazarlara çıxan texnologiya məhsulu ilə işləmək;