Sarvan Group

Satışa dəstək mütəxəssisi

Sarvan Group
600 - 700 ₼
2231
Tam iş günü
Bakı, Azərbaycan
28/09/2026 - 12/10/2026

İş haqqında məlumat

İş şəraiti

  • İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. Əliəsgər Qayibov, EuroHome, Dərnəgül / Baku / 1029
  • Əməkhaqqı: 600 - 700 AZN
  • İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00 – 18:00
  • Şənbə: 10:00 – 14:00 (növbəli)
  • Bazar: İstirahət günü

​​​​​​​İşin təsviri və əsas öhdəliklər:

  • Satış prosesi ilə bağlı sənədləşmə işlərinin icrası (hesab-faktura, təhvil-təslim aktları, QRP və müqavilələr);
  • Alış və satış sənədlərinin hazırlanması, yoxlanılması və sistemdə qeydiyyatı;
  • Müştərilərlə telefonla əlaqələrin saxlanılması, daxil olan sorğuların operativ cavablandırılması;
  • Müştərilər üçün rəsmi qiymət təkliflərinin (kommersiya təklifi) tərtib edilməsi və göndərilməsi;
  • Mühasibatlıq, anbar və logistika şöbələri ilə daxili koordinasiyanın və sıx əməkdaşlığın təmin edilməsi.

Tələblər

  • Satış sənədləşməsi, kargüzarlıq və ya satış dəstəyi sahəsində ilkin iş təcrübəsi arzuolunandır;
  • İlkin sənədləşmə (qaimə, faktura, aktlar) ilə işləmə prinsiplərini bilmək;
  • MS Office proqramları (xüsusilə MS Excel) ilə işləmək bacarığı;
  • Səlis danışıq qabiliyyəti və işgüzar telefon ünsiyyəti bacarığı;
  • Məsuliyyətli, diqqətli və komandada işləmək həvəsi.

Oxşar vakansiyalar