Pulsmed

Satış və Marketinq üzrə Baş mütəxəssis

Pulsmed
Ə/h razılaşma ilə
365
Tam iş günü
Bakı, Azərbaycan
22.08.2025 03:57 - 22.09.2025 12:00

İş haqqında məlumat

  • Şirkətin satış və marketinq strategiyasına uyğun olaraq məhsul və xidmətlərin effektiv tanıtımının həyata keçirilməsi və satış hədəflərinin yerinə yetirilməsi;
  • Satış planlarının hazırlanması, icrası və nəticələrinin izlənməsi ilə bağlı fəaliyyətlərin təşkili;
  • Potensial və mövcud müştəri bazasının genişləndirilməsi məqsədilə mütəmadi şəkildə bazar araşdırmalarının aparılması;
  • Sektor üzrə trendlərin, rəqiblərin fəaliyyəti və məhsulların qiymətləndirməsi ilə bağlı analizlərin hazırlanması;
  • Müştərilərlə görüşlərin təşkili, tələbatların müəyyən edilməsi və onların ehtiyaclarına uyğun fərdi həllərin təklif olunması;
  • Tibbi avadanlıqlar, laboratoriya məhsulları və sərf materialları üzrə texniki məlumatların və üstünlüklərin müştərilərə düzgün şəkildə təqdim olunması;
  • Müştəri məmnuniyyətinin təmin olunması və uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması;
  • Tender proseslərində iştirak, texniki sənədlərin hazırlanmasında dəstək göstərmək;
  • Satış sonrası xidmətlərin (qarantiya, servis və s.) koordinasiyası və müştəri ilə əlaqənin davamlı saxlanılması;
  • Marketinq aksiyaları, kampaniyalar və təqdimatların hazırlanması və həyata keçirilməsində iştirak;
  • Sosial media və digər onlayn kanallar vasitəsilə məhsul və xidmətlərin tanıtımına dəstək vermək;
  • Aylıq, rüblük və digər zəruri hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

İş şəraiti:

  • İş yeri: Bakı;
  • İş rejimi: 5 günlük (09:00–18:00);
  • Əmək haqqı: Müsahibə əsasında, namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən edilir.

Müraciət qaydası:

Yuxarıda qeyd edilən kriteriyalara uyğun namizədlər öz şəkilli CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “Satış və marketinq üzrə namizəd” yazaraq göndərmələri xahiş olunur. 

Qeyd: Mövzu hissəsi düzgün qeyd olunmayan müraciətlərə baxılmayacaq.

Tələblər

  • Ali təhsil – tibb, biotexnologiya, biologiya, kimya, əczaçılıq və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür;
  • Korporativ satış (B2B) sahəsində təcrübə – dövlət və özəl tibb müəssisələri, laboratoriyalar və ya distribütorlarla işləmə üzrə təcrübəyə üstünlük verilir;
  • Satış və müştəri yönümlü yanaşma – müştəri ehtiyaclarını anlama, uyğun həllər təklif etmə və uzunmüddətli əməkdaşlıq qurma bacarığı;Analitik düşünmə, data analizetmə və qərar vermə bacarığı;
  • Effektiv ünsiyyət və təqdimat bacarığı – şifahi və yazılı ünsiyyət, eyni zamanda məhsulları peşəkar şəkildə təqdim etmə bacarığı;
  • Analitik düşüncə və problem həll etmə bacarığı – bazar məlumatlarını təhlil etmək və düzgün satış strategiyaları müəyyən etmək bacarığı;
  • Komandada işləmə və təşəbbüskarlıq – həm komanda ilə işləmək, həm də müstəqil qərar vermək bacarığı;  
  • Ofis proqramlarında işləmək bacarığı – Microsoft Office (Excel, Word, PowerPoint) proqramlarında sərbəst işləmək; CRM sistemləri ilə işləmək təcrübəsi üstünlükdür;
  • Dil bilikləri – Azərbaycan dili sərbəst, İngilis və Rus dillərində orta və ya yüksək səviyyədə bilik;
  • Yüksək motivasiya və öyrənməyə açıqlıq – dinamik mühitə uyğunlaşmaq və sahə üzrə biliklərini daim təkmilləşdirmək istəyi;
  • Yüksək etik standartlar və məsuliyyət hissi – işinə ciddi və peşəkar yanaşmaq, şirkət dəyərlərini qorumaq bacarığı.


Oxşar vakansiyalar