Bakı,
Azərbaycan
07/10/2026
-
21/10/2026
İş haqqında məlumat
İş yeri: Bakı, Azərbaycan
İş rejimi: Tam ştat (Full-time)
SCADA və telemexanika sistemlərinin arxitekturasının hazırlanması və mövcud sistemlərin təhlili;
- Obyektlərin avadanlıq və siqnal siyahılarının (I/O list), registr xəritələrinin tərtib edilməsi və iş həcminin qiymətləndirilməsində iştirak;
- PLC proqramlarının hazırlanması, dəyişdirilməsi və sazlanması;
- SCADA/HMI ekranlarının, qəza siqnallarının, tarixçənin, trendlərin və hesabatların konfiqurasiya edilməsi;
- PLC, middleware və SCADA arasında MODBUS TCP, OPC UA və digər protokollar üzrə inteqrasiyanın qurulması;
- Stansiya və obyektlərdəki mühəndis sistemlərinin (su təchizatı, ventilyasiya, eskalatorlar, işıqlandırma, enerji təchizatı) SCADA-ya qoşulması;
- Elektrik və avtomatika çertyojlarının, texniki tapşırıqların və spesifikasiyaların təhlili, sifarişçiyə dəqiqləşdirici sualların hazırlanması;
- İdarəetmə ssenarilərinin (yanğın, qəza, rejim ssenariləri) layihələndirilməsi və tətbiqi;
- Server, iş yerləri və sənaye şəbəkəsinin quraşdırılması və konfiqurasiyasında iştirak;
- Sınaqlarının hazırlanması və aparılması, sistemin istismara verilməsi;
- İstifadəçi rolları, giriş nəzarəti və audit tələblərinin tətbiq edilməsi;
- Texniki sənədlərin, funksional təsvirlərin, sxemlərin və istismar təlimatlarının hazırlanması;
- İstifadəçilərin və dispetçerlərin təlimində iştirak;
- Zəmanət və texniki dəstək mərhələlərində sistemin stabil işinin təmin edilməsi.
Biz sizə nə təklif edirik?
- Peşəkar inkişaf və maraqlı layihələrdə iştirak imkanı
- Dostyana və dəstəkləyici iş mühiti
- Müasir texnologiyalarla işləmək fürsəti
- Namizədin təcrübə və bacarıqları nəzərə alınmaqla, əmək bazarının tələblərinə uyğun rəqabətli əmək haqqı
İş şəraiti
- İş qrafiki: 5 günlük iş həftəsi / Saat 09:00 – 18:00
- İstirahət günləri: Şənbə və bazar
- Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək
Tələblər
- Sənaye avtomatikası, SCADA, telemexanika və ya idarəetmə sistemləri sahəsində minimum 3+ il təcrübə;
- SCADA/HMI layihələrinin hazırlanması, tətbiqi və istismara verilməsində praktiki iştirak təcrübəsi;
- PLC proqramlaşdırması üzrə güclü bilik (Siemens S7-1200/S7-1500, TIA Portal; digər istehsalçılar üstünlükdür);
- IEC 60870-5-104 və digər telemexanika protokolları (üstünlükdür);
- Ən azı bir SCADA/HMI platforması ilə iş təcrübəsi (WinCC / WinCC Unified, Ignition, Wonderware/AVEVA, MasterSCADA, Zenon və ya analoqları);
- Elektrik və avtomatika çertyojlarını (prinsipial, qoşulma və montaj sxemləri, spesifikasiyalar) oxumaq və təhlil etmək bacarığı (AutoCAD, EPLAN);
- I/O siyahılarının, siqnal və registr xəritələrinin hazırlanması təcrübəsi;
- Nasoslar, siyirtmələr, ventilyasiya, eskalatorlar, işıqlandırma (DALI) və enerji təchizatı (EAQ) kimi mühəndis sistemlərinin avtomatlaşdırılması haqqında bilik;
- Sınaqlarının aparılması və istismara vermə (commissioning) təcrübəsi;
- İstifadəçi rolları və giriş nəzarəti prinsipləri haqqında anlayış;
- Texniki sənədləşdirmə (texniki tapşırıq, funksional təsvir, istismar təlimatı) hazırlamaq bacarığı;
- Sifarişçi və podratçılarla texniki səviyyədə kommunikasiya aparmaq bacarığı;
- Asan ünsiyyət qurmaq bacarığı;
- Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət xarakterlərə malik olmaq;
- Avtomatika, elektrik mühəndisliyi, elektronika və ya oxşar ixtisas üzrə ali təhsilli olmaq;
- Texniki ingilis dili biliyi (rus dilini bilənlərə üstünlük verilir);
- Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyətinə malik olmaq.
Sənaye protokolları üzrə praktik bilik:
- MODBUS TCP/RTU;
- PROFINET / PROFIBUS;
- OPC UA / OPC DA;