Bakı,
Azərbaycan
20.10.2025 02:33
-
20.11.2025 12:00
İş haqqında məlumat
- Müştəri və daxili tələbləri analiz edərək, optimal şəbəkə həllərini seçmək və təklif etmək;
- LAN, WAN və WLAN infrastrukturunun layihələndirilməsi, qurulması və optimallaşdırılmasını həyata keçirmək;
- VLAN-ların, marşrutlaşdırma protokollarının (OSPF, BGP, VRRP, HSRP və s.) tətbiqini təmin etmək;
- Switch, router, access point və digər avadanlıqların sazlanması, test və monitorinqini aparmaq;
- Şəbəkə performansını izləmək, problemləri diaqnostika edib aradan qaldırma;
- Avadanlıqlar və texnoloji yeniliklər üzrə vendorlarla əməkdaşlıq aparmaq;
- Şəbəkə sənədləşdirilməsini təmin etmək: topologiya sxemləri, BoQ, texniki sənədlər;
- İT infrastrukturunun genişləndirilməsi və modernləşdirilməsi ilə bağlı təkliflər vermək;
- Texniki dəstək və diaqnostika proseslərində helpdesk və sistem adminləri ilə əməkdaşlıq.
İş Şərtləri:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- 5 günlük iş qrafiki / İş saatı 09:00-18:00-dək;
- Nahar fasiləsi 13:00-dan-14:00-dək;
- Əmək haqqı: müsahibə zamanı müəyyən ediləcəkdir;
- Metroya yaxın məsafədən şirkətin servis xidməti fəaliyyət göstərir;
- Ünvan: Polad Həşimov küçəsi, Saray qəsəbəsi, Yeni yol “AVICOM” MMC.
Üstünlüklərimiz:
- İnformasiya texnologiyaları sahəsində peşəkar kollektivdə çalışmaq imkanı;
- Karyera irəliləyişlərində yaradılan imkanlar;
- Təlimlərdə iştirak;
- Korporativ nömrə, danışıq limiti;
- Konüllü tibbi sığorta ilə təmin edilmə (3 ay sonra) .
Tələblərə cavab verən namizədlər CV-lərini mövzu yerinə “Şəbəkə mühəndisi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanina göndərə bilərlər.
Tələblər
Şəbəkə texnologiyaları:
- Cisco VoIP / CUCM,TCP/IP, UDP, ICMP, ARP, STP/RSTP, OSPF, BGP, EIGRP, VRRP, HSRP, LACP, QoS, SNMP, NAT, ACL, VLAN, VTP, EtherChannel.
Avadanlıqlar və vendorlar:
- Cisco Catalyst/Nexus, MikroTik , Huawei S/SR, Aruba, Ubiquiti UniFi, HP Aruba, D-Link.
Wi-Fi və RF dizayn:
- WLAN planlaşdırma, kanal bölgüsü, AP yerləşdirmə, Roaming optimizasiyası.
Monitorinq və analiz:
- Wireshark, tcpdump, nmap, log analizləri.
QoS və performans idarəçiliyi:
- Trafik prioritetləşdirmə, bandwidth nəzarəti, latency və jitter ölçüləri, SLA monitorinq.