AVICOM LLC

Sistem administrator

AVICOM LLC
Ə/h razılaşma ilə
992
Tam iş günü
Bakı, Azərbaycan
20.10.2025 02:35 - 20.11.2025 12:00

İş haqqında məlumat

  • Serverlərin quraşdırılması, konfiqurasiyası və idarə olunması (Windows Server, Linux/Ubuntu/CentOS);
  • Active Directory, DNS, DHCP, Group Policy və digər şəbəkə xidmətlərinin idarə olunması;
  • Virtualizasiya mühitlərinin idarə olunması (VMware, Hyper-V və s.);
  • Backup və Disaster Recovery planlarının qurulması və izlənməsi;
  • Şəbəkə avadanlıqlarının ilkin dəstəyi və monitorinqi;
  • İT təhlükəsizlik tədbirlərinin tətbiqi və serverlərin qorunması;
  • İstifadəçi hesablarının və icazələrin idarə olunması;
  • Sistemdə problemlərin aşkarlanması və həlli, logların monitorinqi.

İş Şərtləri:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • 5 günlük iş qrafiki / İş saatı 09:00-18:00-dək;
  • Nahar fasiləsi 13:00-dan-14:00-dək;
  • Əmək haqqı: müsahibə zamanı müəyyən ediləcəkdir;
  • Metroya yaxın məsafədən şirkətin servis xidməti fəaliyyət göstərir;
  • Ünvan: Polad Həşimov küçəsi, Saray qəsəbəsi, Yeni yol “AVICOM” MMC.     

Üstünlüklərimiz:

  • İnformasiya texnologiyaları sahəsində peşəkar kollektivdə çalışmaq imkanı;
  • Karyera irəliləyişlərində yaradılan imkanlar;
  • Təlimlərdə iştirak;
  • Korporativ nömrə, danışıq limiti;
  • Konüllü tibbi sığorta ilə təmin edilmə (3 ay sonra).

Tələblərə cavab verən namizədlər  CV-lərini mövzu yerinə “Sistem administratoru” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanina göndərə bilərlər.

Tələblər

  • Müvafiq sahə üzrə ən azı 2-3 il iş təcrübəsi;
  • Yaş həddi: 28-40 
  • Windows Server (2016/2019/2022) və Linux server idarəetməsi üzrə güclü bilik.
  • Active Directory, DNS, DHCP, File/Print serverlər üzrə təcrübə.
  • Virtualizasiya platformaları (VMware vSphere, Hyper-V) ilə işləmə bacarığı.
  • Backup və Recovery həlləri ilə təcrübə (Veeam, Acronis və s.).
  • Şəbəkə protokolları və TCP/IP, VLAN, VPN, Firewall bilikləri.
  • Scripting və avtomatlaşdırma bilikləri (PowerShell, Bash).
  • Monitoring alətləri üzrə təcrübə (Zabbix, PRTG, Nagios,Greylog və s.).
  • Problem həlli və troubleshooting bacarığı.


Oxşar vakansiyalar