Ultra Technologies

Şəbəkə üzrə 2-ci Dərəcəli Mühəndis

Ultra Technologies
Ə/h razılaşma ilə
1569
Tam iş günü
Bakı, Azərbaycan
04.08.2025 10:58 - 04.09.2025 12:00

İş haqqında məlumat

  • LAN, WAN, VPN və digər şəbəkə infrastrukturlarının idarə olunması və dəstəklənməsi;
  • Cisco, MikroTik, Fortinet, Juniper və digər vendor avadanlıqlarının konfiqurasiyası və texniki baxışı;
  • 2-ci səviyyəli texniki dəstək çağırışlarına baxılması və problemlərin operativ həlli;
  • Routing (OSPF, BGP və s.) və Switching (VLAN, STP və s.) üzrə problemlərin diaqnostikası və aradan qaldırılması;
  • Firewall sistemlərinin idarə olunması və şəbəkə təhlükəsizliyinin təmin edilməsi;
  • Şəbəkə monitorinqi (Zabbix, PRTG və s.) və hesabatların hazırlanması;
  • Müəyyən olunmuş vendorlar üzrə sertifikat imtahanlarının verilməsi və texniki biliklərin davamlı yenilənməsi;
  • Layihələrdə texniki iştirak və sənədləşmə işlərinin aparılması.

İş şəraiti:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 09:00-dan 18:00-dək ;
  • İş yeri: Səməd Vurğun 79B.

Müraciət etmək qaydası:

  • Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri və mövzu hissəsində mütləq “Şəbəkə üzrə 2-ci Dərəcəli Mühəndis” qeyd etmələri xahiş olunur.

Tələblər

  • Kompüter şəbəkələri üzrə minimum 2 il iş təcrübəsi;
  • Cisco CCNA və ya bənzər səviyyəli beynəlxalq sertifikat (vacibdir); CCNP, MikroTik, Fortinet və s. üzrə əlavə sertifikatlar üstünlükdür;
  • TCP/IP, OSI modeli, subnetting, routing, switching, VPN və şəbəkə təhlükəsizliyi üzrə dərin biliklər;
  • Network troubleshooting alətlərindən istifadə təcrübəsi (Wireshark, Nmap, iperf və s.);
  • Analitik düşüncə, məsuliyyətli yanaşma  bacarığı;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı; Rus və İngilis dili bilikləri arzuolunandır.


Oxşar vakansiyalar