Amina and S Group

Sənədlərə nəzarət üzrə mütəxəssis

Amina and S Group
Ə/h razılaşma ilə
4609
Tam iş günü
Bakı, Azərbaycan
26.09.2025 05:22 - 26.10.2025 12:00

İş haqqında məlumat

  • KT/KN sənədlərinin müəyyən edilmiş prosedurlara uyğun olaraq yoxlanılması, nömrələnib sistemə yüklənməsi;
  • Müəssisədə sənədlərin düzgün idarə edilməsini təşkil edərək daxil olan sənədləri qəbul etmək, qeydə almaq və aidiyyatı üzrə bölüşdürmək;
  • Sifarişçi ilə Podratçı şirkət arasında sistemli olaraq sənəd mübadiləsinin yerinə yetirilməsi, idarə və nəzarət olunması;
  • Bütün sənəd və məlumatların qeydiyyat sisteminə daxil edilməsi, onların dəqiq və mövcud tarixə uyğun şəkildə sıralanmasının təmin edilməsi, dövriyyədə olan sənədlər barədə məlumatların müvafiq qaydada ötürülməsi və qəbul edilməsi;
  • Sifarişçi və subpodratçılar daxil olmaqla bütün müvafiq tərəflərdən və tərəflərə sənəd axınının qeydiyyatının və nəzarətinin təşkil edilməsi;
  • Sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətinə nəzarət etmək, pozuntu halları barədə rəhbərliyi məlumatlandırmaq;
  • Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrinin saxlanması və arxivləşdirmə.

İş şəraiti: 

  • ARƏM uyğun işə qəbul;
  • Həftədə 2 gün istirahət.

Əmək Haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq dəyişəcək.

Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində “Sənədlərə nəzarət üzrə mütəxəssis” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Ali təhsil;
  • Qeyd olunan sahədə azı 1-3 il iş təcrübəsi;
  • Azərbaycan dili əla, İngilis dili səlist bilməli;
  • Yaş həddi: 25-45;
  • MS office proqramlarından yüksək səviyyədə istifadə bacarığı.


Oxşar vakansiyalar