Bakı,
Azərbaycan
14.10.2025 10:06
-
14.11.2025 12:00
İş haqqında məlumat
- Sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətinə nəzarət etmək, gecikmə halları barədə rəhbərliyi məlumatlandırmaq;
- Texniki ofis və sahə mühəndisləri arasında sənəd dövriyyəsinin koordinasiyasını təmin etmək;
- 1C tətbiqində müqavilələrin qeydiyyatının aparılması və şirkətlərin rekzivitlərinin 1C tətbiqinə daxil edilməsi;
- Tikintinin qanunvericilik çərçivəsində sənədləşdirilməsin təmin etmək habelə ümumi işlərin qanunvericilik çərçivəsində aparılmasına nəzarət etmək;
- Dövlət və qeyri-dövlət orqanlarına aid olan elektron serverdə yerləşdirilməsi və ümumi işlərə nəzarət etmək;
- Sifarişçi ilə Podratçı şirkət arasında sistemli olaraq sənəd mübadiləsinin yerinə yetirmək və nəzarət etmək;
- Layihəyə aid olan bütün sənədlərin daima serverdə saxlanıb qorunmasını təmin etmək;
- Rəhbərlik tərəfindən qoyulan digər tapşırıqları tələb edilən qaydada icra etmək;
- Arxiv və sənəd bazalarının yenilənməsi və ehtiyat nüsxələrinin saxlanılması.
Əmək şəraiti:
- Pozitiv və dəstəkləyici iş mühiti;
- İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün);
- İş vaxtı: 09:00-18:00;
- Könüllü tibbi sığorta;
- Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Sənədlərə nəzarət üzrə mütəxəssis” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Tələblər
- Ali təhsil;
- Sənədlərlə iş sahəsində minimum 2 il iş təcrübəsi (Tikinti və ya mühəndislik sahəsində təcrübə üstünlükdür);
- Azərbaycan dili zəruri, İngilis və ya Rus dili arzuolunandır;
- Elektron sənəd dövriyyəsi sistemləri ilə iş təcrübəsi;
- MS Office proqramlarını yaxşı bilmək.