Bakı,
Azərbaycan
22/01/2026
-
05/02/2026
İş haqqında məlumat
Şəbəkənin layihələndirilməsi və planlaşdırılması:
- Miqyaslana bilən şəbəkə infrastrukturlarını layihələndirmək, planlaşdırmaq və həyata keçirmək.
- Tutum planlaşdırmasını aparmaq və yeni şəbəkə texnologiyaları və məhsulları üzrə araşdırma aparmaq.
- Şəbəkəyə dair ətraflı texniki sənədləri hazırlamaq və yeniləmək.
Qurulum və konfiqurasiya:
- Switch, Router, firewall-lar kimi şəbəkə avadanlıqlarını quraşdırmaq, konfiqurasiya etmək və texniki xidmət göstərmək.
- Şəbəkə serverlərini və əməliyyat sistemlərini quraşdırmaq və sazlamaq.
Monitorinq və texniki xidmət:
- Şəbəkənin performansını, təhlükəsizliyini və stabilliyi izləmək, optimal işləməsini təmin etmək.
- Müntəzəm şəbəkə yeniləmələri və texniki xidmət işlərini həyata keçirmək, o cümlədən avadanlıqların yenilənməsi və tutumun artırılmasını planlamaq.
- Performans və tutum analizləri aparmaq.
Təhlükəsizlik və uyğunluq:
- Firewall-lar, VPN-lər və hücum aşkarlama sistemləri daxil olmaqla şəbəkə təhlükəsizlik tədbirlərini tətbiq etmək və nəzarətini həyata keçirmək.
- Şəbəkə auditlərini və zəifliklərin qiymətləndirilməsini aparmaq.
- Şəbəkə siyasətləri və prosedurlarını hazırlamaq və onların icrasını təmin etmək.
Nasazlıqların aradan qaldırılması və dəstək:
- Mürəkkəb şəbəkə problemlərinin aradan qaldırılmasına rəhbərlik etmək və əsas səbəb analizini aparmaq.
- Dəstək mərkəzinə, əməkdaşlara və müştərilərə ikinci səviyyəli texniki dəstək göstərmək.
- Problemləri diaqnostika etmək və avadanlıqların təmirini və ya yenilənməsini təmin etmək.
Liderlik və strategiya:
- Gənc İT əməkdaşlarına rəhbərlik etmək və mürəkkəb hallarda eskalasiya nöqtəsi kimi çıxış etmək.
- Digər İT komandaları ilə əməkdaşlıq edərək yeni texnologiyaların inteqrasiyasını həyata keçirmək.
- Gələcək şəbəkə tələblərinin proqnozlaşdırılmasında iştirak etmək.
Məlumatların idarə olunması:
- Şəbəkə konfiqurasiyaları üçün “disaster recovery” və “backup” planlarını hazırlamaq və idarə etmək.
- Məlumatların bütövlüyünü və bərpa oluna bilməsini təmin etmək üçün müntəzəm ehtiyat nüsxə proseslərini planlaşdırmaq və nəzarət etmək.
Tələblər
- Şəbəkə administratoru və ya oxşar vəzifədə ən azı 5 illik təcrübə.
- Şəbəkə protokolları və texnologiyaları (VLAN, TCP/IP, Routing, Switching, Wireless, Network Security) üzrə peşəkar bilik və təcrübə.
- “Redundant” və “high-availability” tələbləri olan kritik şəbəkələrin layihələndirilməsi və arxitekturası sahəsində geniş təcrübə.
- Texniki sənədlərin hazırlanması bacarığı (LLD, HLD, IP/VLAN planlaşdırılması, qəbul testləri və s.).
- Şəbəkə infrastrukturu xidmətləri və sistemləri (NTP, Tacacs+, Radius, LDAP, DHCP və s.) üzrə bilik və təcrübə.
- Şəbəkə monitorinq sistemləri və protokolları (SNMP, Syslog, NetFlow, Streaming Telemetry və s.) ilə işləmə bacarığı.
- Şəbəkə avtomatlaşdırılması, SD-Access, SD-WAN, Load Balancer və digər qabaqcıl texnologiyalar üzrə biliklər üstünlük sayılır.
- Aktiv şəbəkə texnologiyaları üzrə sertifikatlar (məsələn, Cisco, Juniper, CompTIA və s.) üstünlükdür.
- Təchizatçılar və müştərilərlə effektiv ünsiyyət və əlaqələrin idarə olunması bacarığı üstünlükdür.
- Əməkdaşlıq, analitik düşüncə və problem həll etmə bacarıqları vacib hesab olunur.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.