

Servis Koordinatoru - Avtobusların Təmir Mərkəzi (Gəncə şəhəri)
BSC Consulting & Outsourcing Company
Ə/h razılaşma ilə
446
Tam iş günü
Gəncə,
Azərbaycan
06.10.2025 11:22
-
06.11.2025 12:00
İş haqqında məlumat
- Avtobusların qəbulundan çıxışa qədər sənədləşmənin aparılması: Hər bir avtobusun təmir prosesi boyunca sənədlərin düzgün şəkildə qeydiyyat altına alınması və izlənməsi;
- İşlərin təqibi: Təmir prosesində olan avtobusların işlərindəki irəliləyişin izlənməsi, təmirin vaxtında tamamlanmasına nəzarət edilməsi;
- Hesabatlıq: Təmirin hər mərhələsi haqqında detallı hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Əməkdaşlarla əlaqə: Təmir prosesi ilə əlaqəli olan işçi heyəti ilə düzgün koordinasiya və kommunikasiya qurulması;
- Avtobusların müayinəsi: Təmirə başlamadan əvvəl avtobusların müayinəsi və təmirə ehtiyacı olan hissələrinin qeyd edilməsi;
- Keyfiyyətə nəzarət: Avtobusların xəttə çıxmadan əvvəl keyfiyyət yoxlamasının həyata keçirilməsi;
- Zamanın idarə edilməsi: Təmir işlərinin müəyyən edilmiş müddətlərə uyğun həyata keçirilməsi və vaxtında başa çatdırılması;
- Sənədləşmə və arxivləşdirmə: Təmirə dair sənədlərin düzgün şəkildə arxivləşdirilməsi və gələcəkdə istifadəyə verilməsi.
İş Şəraiti:
- Əmək qanunvericiliyinə uyğun əmək münasibətləri;
- Əmək haqqı: Müsahibə zamanı təcrübə və bacarıqlara əsasən təyin ediləcək.
Ərizə Qəbulu:
- Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə "Servis Koordinatoru" yazaraq Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.
Tələblər
- Avtobus və ya texniki sahədə təmir təcrübəsi;
- İşlərin planlanması və təşkil edilməsi üzrə bacarıqlar;
- Yüksək təşkilatçılıq və vaxt idarəetmə bacarığı;
- Komanda ilə işləmə bacarığı və liderlik qabiliyyəti;
- Məsuliyyətli və diqqətli yanaşma;
- Ən azı orta səviyyədə kompüter bacarıqları və ofis proqramları ilə işləmə bacarığı.