hrin.az
Reklam
Hajigabul Poultry Farm Company

SƏTƏM (İmişli)

Hajigabul Poultry Farm Company

Əmək haqqı: Razılaşma

78812 noyabr 2026
Təcrübə1-3 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
Yaş30-45
Kompüter bilikləriYaxşı
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliYoxdur

İş haqqında

İş Barədə Məlumat:

  • İş yeri - İmişli şəhəri;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Əmək haqqı: Müsahibə əsasında.

Vəzifə öhdəlikləri

  • İşçilərin əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etməsinə nəzarət etmək;
  • SƏTƏM üzrə risklərin müəyyən edilməsi və aradan qaldırılması üçün tədbirlər planı hazırlamaq;
  • Qəzaların və iş yerində baş verə biləcək insidentlərin araşdırılmasını təşkil etmək və hesabat hazırlamaq;
  • İstehsalatda baş verə biləcək təhlükələrə qarşı qabaqlayıcı tədbirlər görmək və profilaktik işlər aparmaq;
  • Təhlükəsizlik qaydaları ilə bağlı işçilərə təlimlər keçmək və maarifləndirmə proqramları təşkil etmək;
  • Ətraf mühitin qorunması üzrə tədbirlərin icrasına nəzarət etmək;
  • Dövlət qurumları və aidiyyəti təşkilatlarla SƏTƏM sahəsində əməkdaşlığı təmin etmək;
  • Müvafiq sənədləşmə işlərini aparmaq və hesabatları hazırlamaq;

Tələblər:

  • Yaş həddi : 30-45 yaş yarası;
  • İmişli şəh. müraciət edən namizədlərə üstünlük veriləcəkdir;
  • Ali texniki və ya mühəndislik sahəsində təhsil;
  • SƏTƏM sahəsində ən azı 1-3 il iş təcrübəsi (istehsalat sahəsində, kənd təsərrüfatı müəssisələrində təcrübə üstünlükdür);
  • Azərbaycan Respublikasının əməyin təhlükəsizliyi və ekoloji qanunvericiliyini bilmək;
  • Risklərin qiymətləndirilməsi və idarə edilməsi üzrə biliklər;
  • Təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi qaydalarına dair biliklər;
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Komandada işləmə və idarəetmə bacarığı;
  • Analitik düşünmə və məsuliyyətlilik.
Reklam