
.png)
SƏTƏMM üzrə Mütəxəssis (Yüksəkmərtəbəli Bina Tikintisi)
Blue City Yaşayış KompleksiƏmək haqqı: Razılaşma
87612 noyabr 2026
Təcrübə3-5 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriProfessional
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliYoxdur
Təcrübə3-5 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriProfessional
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliYoxdur
İş haqqında
Vəzifə öhdəlikləri
- Tikinti sahəsində əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi qaydalarına riayət olunmasına gündəlik nəzarət etmək;
- Yüksəkmərtəbəli bina tikintisində hündürlükdə işlər, qaldırıcı mexanizmlər (qüllə kranları, yük qaldırıcıları), iskələ və qəlib sistemləri üzrə təhlükəsizlik tələblərinin icrasını təmin etmək;
- Risk qiymətləndirilməsi aparmaq, JSA (Job Safety Analysis) və digər təhlükəsizlik sənədlərini hazırlamaq və yeniləmək;
- Tikinti sahəsində təhlükəli vəziyyət və davranışları aşkar etmək, uyğunsuzluqları sənədləşdirmək və aradan qaldırılması üçün tədbirlər görmək;
- Gündəlik, həftəlik və aylıq SƏTƏMM yoxlamaları keçirmək, hesabatlar hazırlamaq;
- İşə yeni qəbul olunan əməkdaşlar və podratçı işçilər üçün giriş və dövri təhlükəsizlik təlimləri keçmək;
- İş icazələri (Work Permit) sisteminə nəzarət etmək;
- İstehsalat qəzaları və hadisələrinin araşdırılmasını aparmaq, səbəbləri təhlil etmək və profilaktik tədbirlər hazırlamaq;
- FHN, Əmək Müfəttişliyi və digər dövlət qurumlarının tələblərinə uyğunluğun təmin edilməsində iştirak etmək;
- Fərdi mühafizə vasitələrinin (PPE) düzgün istifadəsinə nəzarət etmək;
- Tikinti sahəsində yanğın təhlükəsizliyi, fövqəladə hallar üzrə hazırlıq və təxliyə planlarının icrasında iştirak etmək;
- SƏTƏMM üzrə daxili prosedur, təlimat və hesabatların hazırlanması və yenilənməsini təmin etmək.
Namizədə tələblər
- Ali təhsil (Texniki təhsil üstünlükdür);
- Yüksəkmərtəbəli bina tikintisi sahəsində minimum 3 il SƏTƏMM üzrə iş təcrübəsi (mütləqdir);
- Baş podratçı və ya iri tikinti layihələrində iş təcrübəsinə üstünlük verilir;
- FHN tərəfindən verilmiş "Sənayedə texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydaları və normaları" üzrə qüvvədə olan sertifikat;
- Əlavə SƏTƏMM, IOSH, NEBOSH, OSHA və ya digər beynəlxalq sertifikatların olması üstünlükdür;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi, "Əməyin mühafizəsi haqqında" qanunvericiliyi və tikintidə təhlükəsizlik normalarını yaxşı bilmək;
- Risk qiymətləndirilməsi, hadisələrin araşdırılması və hesabatların hazırlanması bacarığı;
- Microsoft Office proqramlarında sərbəst işləmək;
- Məsuliyyətli, intizamlı, operativ qərarvermə və ünsiyyət bacarıqlarına malik olmaq.
İş şəraiti
- İş rejimi: Həftədə 6 iş günü;
- İş saatı: 08:00 – 17:00;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- Nahar şirkət tərəfindən təmin edilir;
- İş yeri: Xırdalan şəhəri, Blue City yaşayış kompleksi;
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək.

.png)
.png)

