Bakı,
Azərbaycan
17.09.2025 02:23
-
17.10.2025 12:00
İş haqqında məlumat
- Sağlamlıq, əməyin mühafizəsi və ətraf mühitin qorunması (HSE) siyasət və prosedurlarının milli qanunvericilik və beynəlxalq standartlara uyğun şəkildə effektiv icrasını təmin etmək;
- Təhlükəsiz iş mühitinin təşviqi məqsədilə risklərin müəyyənləşdirilməsi, yoxlamaların aparılması və qabaqlayıcı tədbirlərin tətbiqi;
- Təlim, maarifləndirmə və monitorinq fəaliyyətləri vasitəsilə təhlükəsizlik mədəniyyətinin inkişafına dəstək olmaq
- Təhlükəsizlik qaydalarının icrası və dayanıqlı yanaşmalarla istehsalat qəzalarının və ekoloji təsirlərin minimuma endirilməsi;
- HSE sənədlərinin (prosedur, təlim materialları), audit və hesabat sistemlərinin hazırlanması, saxlanılması və təkmilləşdirilməsində iştirak etmək;
- HSE təlimlərinin keçirilməsi və təşkil edilməsi.
Vəzifə Öhdəlikləri (İdarəetmə və Əməliyyat)
- HSE siyasətləri, prosedurları və yerli/beynəlxalq təhlükəsizlik normalarının (məs. ISO 45001, ISO 14001) tətbiqi və icrasına nəzarət etmək;
- Daimi istehsalat yoxlamaları, risk qiymətləndirmələri və hadisələrin araşdırılmasını apararaq təhlükələrin müəyyən olunması və aradan qaldırılması üzrə tədbirlər görmək;
- İşçilər və podratçılar üçün HSE təlimləri və maarifləndirmə proqramları hazırlamaq və təqdim etmək;
- Risk reyestrləri, fövqəladə hallar planı, təhlükəsizlik təlimatları kimi sənədlərin hazırlanmasına və saxlanılmasına dəstək olmaq;
- Hadisə göstəriciləri, “near miss” hallar və təhlükəsizlik müşahidələri də daxil olmaqla HSE göstəricilərinə dair hesabatları hazırlamaq və təqdim etmək;
- Daxili və xarici HSE auditlərində iştirak etmək, tövsiyələrin icrasına dəstək vermək;
- Fərdi mühafizə vasitələrinin (PPE) və digər təhlükəsizlik avadanlıqlarının mövcudluğu və düzgün istifadəsini təmin etmək;
- Bölmə rəhbərləri ilə əməkdaşlıq edərək HSE prinsiplərinin gündəlik əməliyyatlara və layihələrə inteqrasiyasını təmin etmək;
- Hadisə və fövqəladə hallara operativ reaksiya vermək, ilkin dəstək göstərmək və zərurət olduqda müvafiq qurumlarla koordinasiya etmək;
- Təcrübədən öyrənmə, rəy və müqayisəli təhlillər əsasında HSE fəaliyyətlərinin davamlı inkişafına dəstək olmaq;
- Qəzalar, təlimlər, təhlükəsizlik məşqləri və normativ uyğunluğa dair qeydləri aparmaq.
Kompetensiyalar (Soft Skills)
- Diqqətlilik və detallara həssas yanaşma;
- Əməkdaşlıq və komandada işləmək bacarığı;
- Yüksək ünsiyyət bacarıqları;
- Vaxtın idarə olunması və təşkilati bacarıqlar;
- Danışıqlar aparmaq bacarığı;
- Analitik və problem həll etmə bacarığı;
- Çeviklik ;
- Müsbət yanaşma;
- Güclü iş intizamı;
- Təzyiq və sıx vaxt çərçivəsində soyuqqanlılıq;
- Tələblərin analizi və sənədləşdirilməsi.
Ümumi Tələblər / İşçi bilməlidir
- Azərbaycan Respublikasının qüvvədə olan əmək qanunvericiliyi;
- Şirkətin idarəetmə sistemi ilə bağlı metodik və normativ materiallar;
- Biznes risklərinin qiymətləndirilməsi üzrə tələblər;
- HSE mütəxəssisinə aid daxili prosedur və təlimatlar;
- Bestcomp Group QSC-nin Baş direktorunun əmr və göstərişləri;
- Cari vəzifə təsvirdə göstərilən tələblər;
- Əməyin mühafizəsi qaydaları və normaları;
- Yanğın təhlükəsizliyi qaydaları;
- Daxili əmək intizamı qaydaları;
- HSE Dayanıqlılıq Siyasəti;
- Tullantıların idarə edilməsi üzrə tələblər;
- ISO 9001:2015 Keyfiyyət idarəetmə standartı sertifkartı (arzuolunandır);
- ISO 45001:2015 Əməyin sağlamlığı və təhlükəsizliyi idarəetmə sistemi standartı sertifkartı (arzuolunandır);
- ISO 14001:2015 Ekoloji idarəetmə sistemi standartı sertifkartı (arzuolunandır).
Əmək haqqı: Müsahibə zamanı təyin olunacaq.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Tələblər
Təhsil:
- Əməyin mühafizəsi, ətraf mühit mühəndisliyi, sənaye mühəndisliyi və ya əlaqədar sahə üzrə bakalavr dərəcəsi;
- HSE üzrə əlavə sertifikatlar (məs. NEBOSH, IOSH, ISO 45001, ISO 14001) üstünlükdür.
Təcrübə:
- HSE sahəsində ən azı 2–4 illik korporativ iş təcrübəsi (sənaye, tikinti və.s);
- İT sahəsində anlayışının olması üstünlükdür;
- Risk qiymətləndirilməsi, təhlükəsizlik auditi, fövqəladə hallara reaksiya və ekoloji uyğunluq üzrə praktiki təcrübə;
- Əməyin mühafizəsi üzrə milli qanunvericilik və beynəlxalq HSE standartları ilə tanışlıq.
Kompüter bacarıqları:
- Microsoft Office (Word, Excel, Outlook, PowerPoint) proqramlarında sərbəst işləmək bacarığı;
- HSE hesabat və hadisə izləmə sistemlərində təcrübə üstünlükdür.
Dillər:
- Azərbaycan dili – Əla (yazılı və şifahi);
- İngilis dili – Yaxşı (yazılı və şifahi;)
- Rus dili – Arzuolunandır.