Iktex LLC

SƏTƏM üzrə kiçik mütəxəssis

Iktex LLC
Ə/h razılaşma ilə
3002
Tam iş günü
Bakı, Azərbaycan
18.09.2025 12:05 - 18.10.2025 12:00

İş haqqında məlumat

  • Şirkətin təhlükəsizlik və ətraf mühit idarəetmə sisteminin hazırlanması və qorunması;
  • SƏTƏM təlim proqramlarının hazırlanması, koordinasiyası və işçilərə məlumatların çatdırılması; 
  • Şirkət daxilində SƏTƏM haqqında məlumatlılıq və hazırlıq səviyyəsinin davamlı saxlanılması; 
  • Daxili SƏTƏM siyasətinin, prosedurların yaradılması, təkmilləşdirilməsi və idarə olunması;
  • İş yerindəki yanğın və digər təhlükəsizlik tələblərinin icrasının təmin edilməsi, ilkin yardım təchizatı, yanğın və digər təhlükəsizlik vasitələrinə nəzarətin təşkili;
  • Təcili təxliyə və hazırlıq proseslərinin hazırlanması, təşkilatın və əməkdaşların bu sahədə hazırlılığı;
  • İşçilərə iş yeri statistikasını, yeni və mövcud təhlükələri və sistem dəyişikliklərini təmin edən SƏTƏM ilə bağlı müntəzəm hesabatların, təqdimatların, bülletenlərin, posterlərin və kommunikasiyaların hazırlanması və paylanması;
  • İş yerlərində mütəmadi yoxlamaların aparılması, proseslərin və sistemlərin inkişaf etdirilməsinin yollarının tövsiyə edilməsi;
  • SƏTƏM qaydalarının pozulmasının araşdırılması, habelə qəza və insidentlərin araşdırılması, qeydlərin aparılması, təhlil və hesabatların təklif olunan həllərin vaxtında və dəqiq təqdim edilməsi;
  • Alətlər və avadanlıqlar, iş yerləri və iş mühiti ilə əlaqəli təhlükəsizlik riskinin qiymətləndirilməsi, potensial və mövcud təhlükələrin qarşısının alınması üzrə işlərin aparılması, profilaktik tədbirlərin görülməsi;
  • Ventilyasiya, yanğın təhlükəsizliyinin təmin edilməsi, qanuni tələblərlə uyğunluğun təmin edilməsi, müvafiq dövlət orqanları ilə qarşılıqlı əlaqənin qurulması.

CV-lərini mövzu hissəsində “SƏTƏM üzrə kiçik mütəxəssis” qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.


 

Tələblər

  • Mühəndislik və ya müvafiq sahə üzrə bakalavr təhsili;
  • SƏTƏM üzrə yerli və yaxud beynəlxalq sertifikat; 
  • SƏTƏM üzrə 1 il təcrübə;
  • Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı, xarici dillər aruolunandır;
  • Güclü ünsiyyət bacarığı, müxtəlif tərəflər qrupuna təsir etmək bacarığı;
  • Komanda ilə işləmək bacarığı; 
  • Təşəbbüskar olmaq və yaxşı təşkilatçılıq bacarıqları;
  • MS Office programları üzrə biliklər.


Oxşar vakansiyalar