Crystal Group

SƏTƏM Mühəndisi (Ağdam Layihəsi)

Crystal Group
Ə/h razılaşma ilə
479
Tam iş günü
Ağdam, Azərbaycan
03/04/2026 - 17/04/2026

İş haqqında məlumat

Məkan: Ağdam şəhəri

“Crystal Group of Companies” tərkibində fəaliyyət göstərən “Crystal İnşaat” olaraq, ölkəmizin tikinti və bərpa-quruculuq sahəsində mühüm layihələr həyata keçiririk. Ağdam şəhərində icrasına başladığımız genişmiqyaslı layihəmiz üçün komandamıza təhlükəsizlik qaydalarına ciddi yanaşan, məsuliyyətli və peşəkar SƏTƏM Mühəndisi axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Tikinti sahəsində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına nəzarət etmək 
  • İşçilər üçün təhlükəsizlik təlimatlarının keçirilməsi və maarifləndirmə işlərinin aparılması 
  • Risklərin qiymətləndirilməsi və təhlükələrin əvvəlcədən müəyyən edilməsi 
  • Qəza və insidentlərin araşdırılması və hesabatların hazırlanması 
  • Fərdi mühafizə vasitələrinin düzgün istifadəsinə nəzarət etmək 
  • Sahədə təhlükəsizlik standartlarının tətbiqini təmin etmək 
  • Müvafiq yoxlama və auditlərin keçirilməsində iştirak etmək 
  • Qanunvericiliyə uyğun sənədləşmə işlərini aparmaq 

Təklif edirik:

  • Rəqabətli əmək haqqı 
  • Böyük və strateji layihədə iş imkanı 
  • Karyera inkişafı perspektivi 
  • Stabil və peşəkar iş mühiti 

Tələblər

  • Mütləq müvafiq sahə üzrə ali təhsil (SƏTƏM / inşaat / texniki istiqamət) 
  • SƏTƏM üzrə beynəlxalq və ya yerli sertifikat (NEBOSH və ya ekvivalent) tələb olunur
  • Mütləq tikinti sahəsində minimum 3 il iş təcrübəsi (SƏTƏM üzrə) 
  • Əməyin mühafizəsi qaydaları və normativ sənədlər üzrə biliklər 
  • Risk analizi və təhlükəsizlik prosedurları üzrə təcrübə 
  • Məsuliyyətlilik və diqqətlilik 
  • MS Office proqramlarında işləmə bacarığı 
  • Azərbaycan dili sərbəst (rus dili üstünlükdür) 

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.

 


Oxşar vakansiyalar