Crystal Group

SƏTƏM Nəzarətçisi (Ağdam Layihəsi)

Crystal Group
Ə/h razılaşma ilə
494
Tam iş günü
Bakı, Azərbaycan
03/04/2026 - 17/04/2026

İş haqqında məlumat

Məkan: Ağdam şəhəri

“Crystal Group of Companies” tərkibində fəaliyyət göstərən “Crystal İnşaat” olaraq, ölkəmizin tikinti və bərpa-quruculuq sahəsində mühüm layihələr həyata keçiririk. Ağdam şəhərində icrasına başladığımız genişmiqyaslı layihəmiz üçün komandamıza sahədə təhlükəsizlik qaydalarına nəzarət edəcək məsuliyyətli və diqqətli SƏTƏM Nəzarətçisi axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Tikinti sahəsində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına gündəlik nəzarət etmək 
  • İşçilərin fərdi mühafizə vasitələrindən düzgün istifadə etməsini yoxlamaq 
  • Təhlükəli halları aşkar edib dərhal tədbir görülməsini təmin etmək 
  • Təhlükəsizlik qaydalarının pozulması halları barədə rəhbərliyə məlumat vermək 
  • Sahədə təhlükəsizlik nişanlarının və qaydalarının tətbiqinə nəzarət etmək 
  • Təlimatlandırma proseslərində iştirak etmək 
  • Gündəlik yoxlama aktlarının və hesabatların hazırlanması 
  • Qəza və insidentlərin qeydə alınmasında iştirak etmək 

Təklif edirik:

  • Rəqabətli əmək haqqı 
  • Böyük layihədə iş təcrübəsi 
  • Karyera inkişafı imkanı 
  • Stabil iş mühiti 

Tələblər

  • Müvafiq sahə üzrə təhsil (SƏTƏM / texniki / inşaat) 
  • Mütləq tikinti sahəsində minimum 1-3 il iş təcrübəsi (SƏTƏM üzrə) 
  • SƏTƏM üzrə beynəlxalq və ya yerli sertifikat (NEBOSH və ya ekvivalent) tələb olunur 
  • Əməyin mühafizəsi qaydaları üzrə biliklər 
  • Diqqətli, məsuliyyətli və intizamlı olmaq 
  • Komandada işləmək bacarığı 
  • MS Office proqramlarında ilkin biliklər 
  • Azərbaycan dili sərbəst 

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.

 


Oxşar vakansiyalar