BSC Consulting & Outsourcing Company

SƏTƏM üzrə mütəxəssis

BSC Consulting & Outsourcing Company
Ə/h razılaşma ilə
1592
Tam iş günü
Gəncə, Azərbaycan
03.09.2025 02:13 - 03.10.2025 12:00

İş haqqında məlumat

Gəncədə yeni yaradılmış servis mərkəzi SƏTƏM üzrə mütəxəssis axtarışındadır.

  • Avtobusların texniki xidməti və təmiri zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına nəzarət etmək;
  • İşçilər üçün giriş və dövri təlimatların keçirilməsi;
  • Fərdi mühafizə vasitələrinin  istifadəsinə nəzarət etmək;
  • Avadanlıqların, alətlərin və iş sahələrinin təhlükəsiz istismarına nəzarət etmək;
  • Qəza və bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək, hesabat və sənədləşmə aparmaq;
  • Peşə risklərinin azaldılması üçün tədbirlərin hazırlanması və tətbiqi;
  • Nəzarət orqanları ilə əməkdaşlıq etmək.

İş şəraiti:

  • 6 günlük iş şəraiti;
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq.

Ərizə qəbulu:

Vakansiya ilə bağlı müraciət üçün əlavə CV formasını e-mail vasitəsilə mövzu yerinə “SƏTƏM üzrə mühəndis” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. 

Əlaqə nömrəsi: 055-447-47-77

Tələblər

  • Ali texniki təhsil və müvafiq sertifikatlar;
  • Əməyin mühafizəsi sahəsində iş təcrübəsi üstünlükdür;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini və müvafiq normativ aktları bilmək;
  • Sənədləşmə işlərini aparmaq və işçilərə təlim keçmək bacarığı;
  • Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmaq.


Oxşar vakansiyalar