Bakı,
Azərbaycan
03/06/2026
-
17/06/2026
İş haqqında məlumat
- İşə yeni qəbul olan işçilərə giriş təlimatını keçmək və təlimat jurnalında qeydiyyat aparmaq;
- Gündəlik olaraq iş sahələrində yoxlamalar aparmaq, nöqsan və çatışmazlıqların aradan qaldırılması barədə göstərişlər vermək və icasına nəzarət etmək;
- İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlərin görülməsinə nəzarət etmək;
- İstehsalatda bədbəxt hadisələrin baş verməməsi üçün önləyici tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;
- Qəzalar, hadisələr barəsində araşdırma aparmaq, qeyd etmək və dərhal məlumat vermək.
- Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin həyata keçirilməsi və icrasına nəzarət etmək;
- Yanğın təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsini təşkil etmək;
- Yanğına qarşı ilkin mühafizə vasitələrinin yoxlanılması, yanğın siqnalizasiya sistemlərinin, yanğın su hidrantlarının, yanğın su nasosu və quyularının saz vəziyyətdə saxlanılmasını vaxtaşırı yoxlamaq;
- Yanğın təhlükəsizliyinə aid sənədlərin, jurnalların aparılması, yanğın təhlükəsizliyinə dair təlimatları və əmrləri hazılamaq;
- Hündürlükdə, qapalı məkanlarda habelə digər təhlükə potensiallı işlərin təhlükəsiz icrasına dair Naryad Buraxılış hazırlanmasına nəzarət etmək və ehtiyac olduğu hallarda bu sahədə metodiki yardım göstərmək;
- Fövqəladə hallar üzrə təlimləri hazırlamaq, təşkil etmək və hesabatlar hazırlamaq;
- İş şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;
- Qanunvericiliyə uyğun sənədləşmə prosesinin həyata keçirmək;
- İşçilər üçün maarifləndirici nəzəri və praktiki SƏTƏM təlimləri keçmək;
- SƏTƏM xidməti üzrə mütəmadi hesabatları hazırlayıb, rəhbərliyə təqdim etmək;
- Şirkətin siyasətinə uyğun olaraq SƏTƏM-ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəriciləri barədə rəhbərliyə hesabat vermək;
- Xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə və onlardan düzgün istifadə olunmasına nəzarət etmək;
- Müəssisənin bölmələrinin əməyin mühafizəsi üzrə təlimatlarla, qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasını təşkil etmək.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə
- İş qrafiki: 5 günlük; 9 saat
- Əmək haqqı: 1100 AZN
- İş yeri: Bakı şəhəri, Koroğlu və Ulduz metrosunun yaxınlığı
Tələblər
- SƏTƏM üzrə ali təhsil vəya texniki təhsil
- Əməyin mühafizəsi üzrə sertfikatlar vacibdir.
- İstehsalat müəssisəsində minimum 2-3 il təcrübə mütləqdir
- Azərbaycan dili mükəmməl, Xarici dil biliyi üstünlükdür
- Microsoft Office proqramı üzrə biliklər
- Yüksək ünsiyyət qabiliyyəti, təqdimat hazırlamaq və təqdimetmə bacarığı
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.