Bakı,
Azərbaycan
17.10.2025 10:02
-
17.11.2025 12:00
İş haqqında məlumat
- İstehsalatda peşə xəstəliyinin və bədbəxt hadisələrin qarşısının alınmasına, hər hansı mülki müdafiə ilə bağlı işlərin yerinə yetirilməsinə yönəldilən müxtəlif tədbirlərin işlənib hazırlanmasına müntəzəm olaraq nəzarət edir;
- İstehsalatda əməyin mühafizəsinə, vəziyyətinə, ekologiya və MM işinə müşahidəni və nəzarəti həyata keçirir;
- İstehsalatda təhlükəsiz və sağlam əmək şəraitinin yaranması işini təşkil edir. Cəmiyyətdə əməyin mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsinə və həmçinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyasına dair qüvvədə olan qanunların, təlimatlaırn, norma və qaydaların yerinə yetirilməsinə nəzarət edir. Bundan başqa fəhlələrə əmək şəraitinə görə müəyyən edilmiş güzəştlərin verilməsinə nəzarət edir;
- Daha təkmilləşdirilmiş konstruksiyalı çəpərləmənin, qoruyucu qurğuların və əməyin mühafizəsinə dair başqa vasitələrin işlənib hazırlanmasını və tətbiq olunmasını təşkil edir;
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair köhnəlmiş təlimatların yenidən baxılmasına və yenisinin işlənib hazırlanmasına rəhbərlik edir. İşçilərə təhlükəsiz iş üsullarının öyrədilməsinə dair proqramın tərtib olunmasına nəzarət edir;
- Cəmiyyətə yeni işə qəbul olunan işçilərə ilkin təlimat keçirilməsini təmin edir, layihələrdə işçilərlə təkrar təlimatın keyfiyyətli keçirilməsinə nəzarət edir;
- Təhlükəsizlik texnikasının, əməyin mühafizəsinin və istehsalat sanitariyasının metodik kabinetlər vasitəsilə, eləcə də mühazirələr, söhbətlər, sərgilər təşkil etmə vasitəsi ilə təşviqatını təşkil edir;
- SƏTƏMM meneceri kollektiv müqavilənin hazırlanmasında iştirak edir;
- SƏTƏMM üzrə tədbirlərin yerinə yetirilməsinə sərf olunan vəsait və istehsalatda əlaqəli bədbəxt hadisədən zərər çəkənlər haqqında hesabatı statistika idarələrinə, özündən yuxarı təşkilatlara vaxtında göndərilməsini təmin edir;
- Cəmiyyətin bütün layihələrində müntəzəm olaraq yoxlamaların aparılmasına rəhbərlik edir;
- ƏM və TT-nın tələblərinə riayyət olunmasına dair əmr və aktların icra olunmasına şəxsən nəzarət edir;
- ƏM və TT, yanğından mühafizə və sanitariya qaydalarının pozulmasını aşkar etmək və onların aradan qaldırılması üçün iş yerlərinin və bütövlükdə istehsalatın yoxlanılmasını həyata keçirir;
- İş icraçıları və ya sahə cavabdehləri tərəfindən ƏM və TT üzrə təlimatların verilməsinə nəzarət edir;
- ƏM və TT üzrə, yangından mühafizə olunma məqsədi ilə tədbirlər planının tərtib olunmasına və yerinə yetirilməsinə nəzarət edir;
- Ətraf mühitin mühafizəsi tədbirləri ilə əlaqədar lazımi vəsaitlərin əldə edilməsi;
- Tullantıların müvafiq tələb və standartlara uyğun idarə olunması.
İş barədə:
- İş rejimi:tam iş rejimi, 6 gün;
- Iş saatı:,08:00-18:00, şənbə günü qısaldılmış iş günü;
- Nahar şirkət tərəfindən verilir;
- Əmək Haqqı müsahibə zamanı təyin olacaq.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerinde "SƏTƏMM meneceri" qeyd edərək CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Tələblər
- Yaş: 25-40;
- Təhsil: Ali;
- Dil: İngilis dili - əla;
- İş təcrübəsi: müvafiq sahədə min.3 il;
- BƏY namizədlərə üstünlük verilir.