Sumqayıt,
Azərbaycan
03/03/2026
-
17/03/2026
İş haqqında məlumat
- Əməyin mühafizəsi şöbəsinin ümumi inzibati işlərini yerinə yetirmək;
- Gündəlik, həftəlik və aylıq hesabatların tərtib edilməsi və hazırlanması;
- Əməyin mühafizəsi şöbəsinin məlumatlarının və hesabatlarının qeydə alınması və onların SƏTƏMM məlumat bazasına daxil edilməsi;
- Əməyin mühafizəsi şöbəsinin reyestrlərini aparmaq və statistik məlumatları hazırlamaq;
- Gündəlik inzibati məsələlərin icrasında SƏTƏMM Direktoruna dəstək göstərmək.
Tələblər
- Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi, kimya, mexanika və ya sənaye mühəndisliyi ixtisası üzrə ali təhsilə malik olmaq arzuolunandır;
- SƏTƏMM sahəsi üzrə təcrübəyə malik olması arzuolunandır;
- Ofis proqramlarını (MS Word, MS Excel, MS PowerPoint) və sənəd dövriyyəsi sistemini bilmək tələb olunur;
- Əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı tənzimləyici sənədlər və praktik biliklərə sahib olmaq vacibdir;
- İşində dəqiqlik, punktuallıq və operativlik nümayiş etdirmək, ünsiyyət və digər peşəkar bacarıqlara malik olmaq tələb olunur;
- Prioritet məsələləri effektiv şəkildə idarə etmək bacarığına sahib olmaq önəmlidir.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.