Bakı,
Azərbaycan
17/07/2026
-
17/08/2026
İş haqqında məlumat
- Layihə sənədlərinə uyğun olaraq ümumi tikinti işləri (ilkin və tam inşaat smetası) üzrə smeta sənədlərini tərtib etmək və vaxtında təhvil vermək;
- Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və digər normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi;
- Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri və cədvəlləri analiz etmək;
- Layihə işlərinə uyğun xərclərin hesablanması (materiallar, işçi qüvvəsi, avadanlıqlar, texnika xərcləri və s.);
- Layihədə büdcə risklərini analiz etmək və bu analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq;
- Layihə/spesifikasiya və smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
- İş həcmlərin nəzarət edilməsi, layihədə dəyişiklər baş verərsə iş həcmləri cədvəllərində muvafiq düzəlişlərin tərtib edilməsi;
- Digər təşkilatlar tərəfindən hazırlanmış smeta sənədlərini yoxlamaq və bu barədə arayış tərtib etmək;
- Tikinti-quraşdırma, təmir və digər işlərin qiymətləndirilməsində iştirak etmək;
- Layihə rəhbərləri, satınalma, istehsalat və maliyyə şöbələri ilə koordinasiyalı işləmək;
- Yenidən qurulan və ya təmir olunan obyektlər üzrə titul vərəqələrinin hazırlanmasında iştirak etmək
- Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırmaq, onların normativlərə riayət etməsinə nəzarət etmək və görülən işlər üzrə aktlar hazırlamaq
- Tikinti-quraşdırma və təmir işlərinin dəyərinin optimallaşdırılması üçün tədbirlər görmək;
- Görülmüş işlərin həcmlərini yoxlamaq, smeta sənədlərinin arxivləşdirilməsini və uçotunu aparmaq, smeta-maliyyə hesablamalarını sistemləşdirmək;
- Smeta qiymətləri haqqında arayışlar tərtib etmək;
- Yerinə yetirilmiş işlər üçün texniki və material hesabatlarının tərtib olunması;
- Tikinti layihələri üzrə (yerinə yetirilmiş, mövcud və yarımçıq qalmış) iş həcmlərinin və materialların hesablanması, cədvəllərin hazırlanması;
- Tikinti-quraşdırma və təmir işlərinin bazar qiymətləri ilə qiymətləndirilməsi;
- Texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, xərc analizi)
- Sahələrdən daxil olan texniki hesabatların yoxlanılması;
- Tikintisi başa çatmış obyektlər üçün çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədlərin təqdim edilməsi;
- Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb rəhbərliyə təqdim olunması;
Əlavə məlumat:
- Ünvan: Bakı şəhəri
- İş vaxtı: 5 gü
- İş saatı: 09:00-18:00
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaq
Tələblər
- Təhsil: Ali
- Yaş: 30-60
- Cins: Kişi
- Dil: Azərbaycan dili (əla), Rus və İngilis dili arzuolunan
- Ali təhsil —Mühəndislik və İnşaat mühəndisliyi ixtisasları üzrə
- Müvafiq sahə üzrə 10 ildən çox peşəkar iş təcrübəsi
- Layihə-smeta işlərinin hazırlanması üzrə normativ-hüquqi sənədləri bilmək
- Layihə əsasında iş həcmlərinin çıxarılması, BOQ-un tərtibi və qiymətləndirilməsi bacarığı
- İqtisadiyyatın əsaslarını, istehsalatın, əməyin və idarəetmənin təşkili qaydalarını bilmək
- MS Office (Excel, Outlook, Word), 1C, AutoCAD proqramlarında işləmə bacarığ
- Komandada işləmək və məsuliyyətli yanaşma
- Hesabatlılıq, analitik düşüncə, dəqiqlik və operativlik
Müraciət üçün:
- Əlaqə:[email protected]
- Mobil: 077 223 12 12