EuroClima MMC

SMM Menecer

EuroClima MMC
700 - 900 ₼
4336
Tam iş günü
Bakı, Azərbaycan
28/01/2026 - 11/02/2026

İş haqqında məlumat

  • Sosial media kanallarının (Instagram,TikTok, Facebook, YouTube, LinkedIn və s.) idarə olunması
  • Gündəlik paylaşımların həyata keçirilməsi. 
  • Həftəlik və aylıq kontent planlarının hazırlanması və rəhbərliklə razılaşdırılması
  • Postlar, story, reels və reklam məzmunlarının yaradılması (mətn, vizual və video formatda)
  • Auditoriya hədəflənməsi və reklam büdcəsinin səmərəli istifadəsi
  • Brend imicinə uyğun, orijinal və kreativ məzmun ideyalarının hazırlanması (çəkiliş ideyalarının hazırlanması və keçirilməsi)
  • Sosial media trendlərinin və rəqib fəaliyyətlərinin mütəmadi analizi
  • Həftəlik, aylıq və illik səhifələrin analiz olunması. 
  • Reklam kampaniyalarının (Meta Ads, TikTok Ads və s.) qurulması, optimizasiyası və nəticələrinin ölçülməsi
  • Sosial media üzərindən daxil olan mesaj və şərhlərin vaxtında cavablandırılması, auditoriya ilə aktiv ünsiyyətin qurulması

Şərtlər:

  • Ünvan: N. Nərimanov rayonu Əhməd Rəcəbli küç. 51K
  • Həftə içi saat 09:00-18:00- dək iş rejimi
  • İstirahət günləri – şənbə və bazar
  • Korporativ nömrə ilə təmin olunma 
  • Əmək haqqqı – 700 - 900 azn (Namizədə və təcrübəyə əsasən dəyişir)

Tələblər

  • SMM sahəsində minimum 2 il təcrübə
  • Sosial media trendlərini izləmək və tətbiq etmək bacarığı
  • Sosial media alqoritmləri və trendləri haqqında anlayış
  • Reklam platformalarında təcrübə
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili yaxşı səviyyədə;
  • Komanda ilə işləmə bacarığı
  • Kreativ düşüncə və vizual zövq

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.


Oxşar vakansiyalar