Bakı,
Azərbaycan
29/01/2026
-
12/02/2026
İş haqqında məlumat
- Şirkətin rəsmi sosial media səhifələrini (Facebook, Instagram, TikTok, LinkedIn) izləmək, həmçinin #Bravo və @Bravo qeyd olunan paylaşımları, ictimai postları, istifadəçi hekayələrini, xəbər səhifələrini, bloqerləri, media nümayəndələrini və qapalı qrupları monitorinq etmək.
- Müştərilərin mesaj və şərhlərinə təsdiqlənmiş kommunikasiya qaydalarına uyğun şəkildə operativ və dəqiq cavab vermək, istifadəçilərlə müsbət münasibət qurmaq və müştəri loyallığını artırmaq.
- Mürəkkəb və ya həssas halları aidiyyəti şöbələrə yönləndirmək və məsələ tam həll olunana qədər izləmək.
- Müştəri rəylərini, şikayət və təkliflərini Contact Center sisteminə daxil etmək, kateqoriyalara bölmək və izləmək.
- Contact Center və Müştəri Təcrübəsi komandaları ilə sıx əməkdaşlıq edərək bütün kanallarda vahid və müştəriyönümlü kommunikasiya təmin etmək.
- Sosial media fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə müəyyən edilmiş KPI göstəricilərinin (müraciətlərin cavablanma müddəti, müştəri məmnuniyyəti və s.) yerinə yetirilməsini təmin etmək.
- Sosial media fəaliyyətləri üzrə dövri hesabatların hazırlanmasına dəstək vermək — əsas meyilləri, təkrarlanan məsələləri və müştəri əhvalını (sentiment) təhlil etmək.
- Kommunikasiya standartlarının, cavab şablonlarının və tez-tez verilən sualların (FAQ) təkmilləşdirilməsində iştirak etmək.
- Brendin sosial mediada çəkilmə hallarını və onlayn kommunikasiya standartlarına uyğunluğu izləmək. Marketinq komandası ilə əməkdaşlıq edərək məzmunun brend üslubuna və kommunikasiya məqsədlərinə uyğunluğunu təmin etmək.
- Sosial media kommunikasiya proseslərinin səmərəliliyini və keyfiyyətini artırmaq üçün ideyalar irəli sürmək.
- Müəyyən edilmiş xidmət standartlarına riayət etmək və təyin olunmuş effektivlik göstəricilərinə (KPI-lara) nail olmaq üçün çalışmaq.
Tələblər
- Bakalavr dərəcəsi;
- Müştəri xidmətləri, sosial media idarəçiliyi və digər əlaqəli sahələrdə iş təcrübəsi;
- Sərbəst Azərbaycan dili, orta səviyyədə Ingilis və ya Rus dili biliyi;
- MS Office proqramlarında işləməyi bilmək;
- Yüksək ünsiyyət bacarıqları;
- Müştəri yönümlülük;
- Analiz və problem həll etmə bacarığı;
- Komanda oyunçusu olmaq.
- Müqavilə müddəti 6 ay
- Növbəli qrafik
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.