Türk Dünyası Atatürk Liseyi
Ə/h razılaşma ilə
371
Tam iş günü
Bakı, Azərbaycan
23/06/2026 - 07/07/2026

İş haqqında məlumat

  • Liseyin sosial media strategiyasının hazırlanması və icrası;
  • Sosial şəbəkələrdə (Facebook, Instagram, TikTok və s.) liseyin PR və tanıtım fəaliyyətinin həyata keçirilməsi;
  • Sosial media səhifələrinin idarə olunması və izləyici sayının artırılması;
  • Lisey haqqında müraciət edən şəxslərə dolğun məlumat verilməsi;
  • Liseydə keçirilən tədbir, layihə və gündəlik fəaliyyətlərin foto və video çəkilişlərinin həyata keçirilməsi;
  • Çəkilmiş foto və videoların sosial media üçün hazırlanması və paylaşılması;
  • Kreativ mətnlərin, post başlıqlarının, paylaşım məzmunlarının və reklam mətnlərinin hazırlanması;
  • Sosial media üçün kontent planının hazırlanması və idarə edilməsi;
  • Reklam kampaniyalarının nəticələrinin izlənilməsi və hesabatların hazırlanması.

Vəzifə haqında məlumat:

  • İş günləri: 1-6 günlər, bazar günü istirahət;
  • Əmək haqqı: razılaşma yolu ilə.

Tələblər

  • SMM menecer vəzifəsində 1-3 il iş təcrübəsi;
  • Foto və video çəkilişi bacarığı;
  • Video montaj və qrafik dizayn proqramları ilə işləmək bacarığı (Adobe Photoshop, Canva, Premiere Pro, CapCut və s.);
  • Kreativ düşüncə və məzmun yaratmaq bacarığı;
  • Sosial media trendlərini və yeniliklərini izləmək;
  • Azərbaycan dilini mükəmməl bilmək, ingilis dili üstünlükdür;
  • Məsuliyyətli, dəqiq, təşəbbüskar və komanda ilə işləmək bacarığı;
  • Ali təhsil;
  • Yaş həddi: 22-30

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun


Oxşar vakansiyalar