Div Academy

Sosial Media Meneceri

Div Academy
1000 ₼
257
Tam iş günü
Bakı, Azərbaycan
23/06/2026 - 07/07/2026

İş haqqında məlumat

  • Sosial media platformaları üçün aylıq kontent planının hazırlanması və idarə olunması;
  • Kreativ post, story və Reels ideyalarının hazırlanması, çəkilməsi və redaktəsi;
  • Kontentlərin paylaşım prosesinin planlaşdırılması və icrası;
  • Sosial media hesablarının gündəlik idarə olunması və istifadəçilərlə ünsiyyətin təmin edilməsi;
  • Reklam kampaniyalarının planlaşdırılmasında iştirak və nəticələrin izlənilməsi;
  • Sosial media analitikası, aylıq hesabatların hazırlanması və inkişaf təkliflərinin verilməsi;
  • Rəqiblərin və bazar trendlərinin mütəmadi təhlili.

Şərtlər:

  • Peşəkar və dinamik komandada çalışma imkanı;
  • Rahat və müasir iş mühiti;
  • İş yeri: Elmlər Akademiyası metro stansiyası yaxınlığı
  • İş rejimi: 6 günlük, 09:00 - 18:00 (şənbə günü qısaldılmış iş saatı)
  • Ə/H: 1000 AZN (gross)

Tələblər

  • Sosial Media Meneceri və ya oxşar vəzifədə minimum 2 il iş təcrübəsi;
  • Instagram, Facebook, LinkedIn, TikTok platformalarının idarə olunması üzrə bilik;
  • CapCut və digər video montaj proqramlarında işləmə bacarığı;
  • Azərbaycan dilində yüksək səviyyədə yazılı ünsiyyət bacarığı (ingilis dili biliyi üstünlükdür);
  • Kontent marketinqi və rəqəmsal marketinq prinsipləri üzrə bilik;
  • Analitik düşüncə, kreativ yanaşma və məsuliyyətlilik;
  • Komandada işləmək və yüksək kommunikasiya bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun


Oxşar vakansiyalar