Bakı,
Azərbaycan
04.08.2025 11:07
-
04.09.2025 12:00
İş haqqında məlumat
- Şirkətin Instagram, Facebook, LinkedIn, TikTok və digər sosial media platformalarındakı hesablarının idarə olunması və optimallaşdırılması;
- Meta Business Suite, TikTok Studio, LinkedIn Ads və digər reklam menecerləri üzərindən rəqəmsal reklam kampaniyalarının yaradılması, idarə olunması və nəticələrinin analiz edilməsi;
- Google Analytics, Facebook Ads Manager və digər analitik alətlər vasitəsilə performans göstəricilərinin ölçülməsi və hesabatların hazırlanması;
- Kreativ və strateji kontent planlarının hazırlanması, gündəlik postların (post, Reels, Story və s.) vaxtında və uyğun formatda paylaşılması;
- Maarifləndirici, əyləncəli və satış yönümlü məzmunların yaradılması, sosial şəbəkə trendlərinə uyğunlaşdırılması və tətbiqi;
- Mobil cihazlar vasitəsilə sadə video çəkilişlərinin aparılması və montajı
- Canva, CapCut, InShot və digər vizual və montaj proqramlarında ilkin dizayn və redaktə işlərinin aparılması;
- Video icmallar və izahlı məzmunlar üçün ssenarilərin yazılması, ideyaların yaradıcı komandaya ötürülməsi və icrasına nəzarət;
- Auditoriyanın artımı, səhifə aktivliyinin yüksəldilməsi və istifadəçi davranışlarının təhlili əsasında inkişaf planlarının hazırlanması;
- İstifadəçilərin mesaj və şərhlərinə operativ və peşəkar şəkildə cavab verilməsi;
- Rəqiblərin sosial media fəaliyyətinin təhlili və bazar trendlərinin izlənməsi ilə bağlı araşdırmaların aparılması;
- Müsabiqələr, interaktiv kampaniyalar və digər aktivlikartırıcı layihələrin təşkili;
- İnfluencerlərlə əməkdaşlıq;
- Qrafik dizayner və digər yaradıcı komanda üzvləri ilə sıx əməkdaşlıq və koordinasiyalı fəaliyyət;
- Aylıq fəaliyyət və reklam performansı üzrə analitik hesabatların rəhbərliyə təqdim olunması;
- Müəssisə tərəfindən müəyyən edilmiş qayda və prosedurlara riayət edilməsi;
- Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi.
İş şəraiti:
- İş yeri: Bakı ş. Çinar plaza;
- Rəqabətli əmək haqqı;
- İş qrafiki həftə içi 5 gün (09:00-18:00).
Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “SMM mütəxəssisi” adını mövzu hissədə qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Tələblər
- Instagram, Facebook, TikTok, LinkedIn və digər platformaların idarə olunması;
- Aylıq kontent planlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Reels, Story və post ideyalarının yaradılması və reallaşdırılması;
- Reklam kampaniyalarının qurulması, nəticələrinin izlənməsi və optimizasiyası;
- Rəqib analizi aparmaq və sahəyə uyğun kreativ yanaşmalar təklif etmək;
- Sosial media icması ilə aktiv ünsiyyət və izləyici suallarının cavablandırılması;
- Kommunikasiya və təqdimat bacarığı;
- Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı;
- İşə dürüst və məsuliyyətli yanaşmaq;
- Komanda ruhu, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf.