Miniso Co MMC

SMM (Social Media Marketing) Mütəxəssisi

Miniso Co MMC
Ə/h razılaşma ilə
1730
Tam iş günü
Bakı, Azərbaycan
04.08.2025 03:28 - 04.09.2025 12:00

İş haqqında məlumat

  • Şirkətin sosial media platformalarında brendin tanıtımını, məhsul və xidmətlərin təqdimatını təmin etmək, izləyici kütləsini artırmaq və müştəri ilə rəqəmsal ünsiyyəti gücləndirmək;
  • Sosial media kanallarının (Instagram, Facebook, TikTok, YouTube, LinkedIn və s.) idarə olunması;
  • Həftəlik və aylıq kontent planlarının hazırlanması və rəhbərliklə razılaşdırılması;
  • Postlar, story, reels və reklam məzmunlarının yaradılması (mətn, vizual və video formatda);
  • Auditoriya hədəflənməsi və reklam büdcəsinin səmərəli istifadəsi;
  • Sosial mediadan gələn sorğulara, şərhlərə və mesajlara operativ və nəzakətli cavab verilməsi;
  • Kampaniyaların, yeniliklərin, endirim və məhsul təqdimatlarının izləyicilərə effektiv çatdırılması;
  • Brend imicinə uyğun, orijinal və kreativ məzmun ideyalarının hazırlanması;
  • Sosial media performansının gündəlik və aylıq izlənməsi və hesabatların hazırlanması;
  • Sosial media trendlərinin və rəqib fəaliyyətlərinin mütəmadi analizi.

Əmək şəraiti:

  • 6 günlük iş rejimi;
  • İstirahət günü: Bazar günü.

Vəzifə üzrə əmək haqqı:

  • Müsahibə əsasında

İş yeri:

  • Bakı şəhəri, 28 May Nizami küçəsi Af Bussines House

Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına cv-lərini göndərə bilərlər.

Tələblər

  • SMM sahəsində minimum 1 il təcrübə;
  • Kreativ düşüncə və yüksək yazı qabiliyyəti (copywriting);
  • Sosial media trendlərini izləmək və tətbiq etmək bacarığı;
  • CapCut, Canva və ya digər dizayn alətlərində işləmə bacarığı (arzuolunandır);
  • Meta Business Suite və reklam platformalarında təcrübə;
  • Komanda ilə işləmə bacarığı.

Rəqəmsal reklam bacarıqları:

  • Facebook Ads Manager – kampaniyaların yaradılması və idarə edilməsi;
  • Instagram sponsorlu paylaşımlar;
  • Google Ads (Search və Display Network).

Texniki bacarıqlar:

  • Dizayn: Canva / Adobe Photoshop / Illustrator;
  • Video montaj: CapCut / VN / InShot / Adobe Premiere (baza səviyyədə);
  • Planlama və idarə: Meta Business Suite / Creator Studio / Facebook Ads Manager;
  • Analitik: Excel / Google Sheets (kontent və hesabatlar üçün);
  • Ünsiyyət platformaları:  WhatsApp Business, Chatdesk (arzuolunandır).


Oxşar vakansiyalar